Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəhriyar Mədəniyyət evində “Kərbəla Qəhramanı Zeynəb” tamaşası göstərildi
Tarix: 08-11-2015 | Saat: 22:52
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər

Şəhriyar Mədəniyyət evində “Kərbəla Qəhramanı Zeynəb” tamaşası göstərildi

İran səfirliyinin Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhriyar Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xanım Zeynəbin (s.ə.)-nın həyat hekayəsindən bəhs edən “Kərbəla Qəhramanı Zeynəb” (s.ə.) adlı tamaşa keçirilib.

Xanım Zeynəbin (s.ə.) ölüm yatağında olduğu gecə xatırladığı hadisələrdən bəhs edən tamaşa bədii üslubda tarixin səhifələrini özündə əks etdirib. Kərbəla hadisəsi, Şamın xarabalığı, Mədinəyə qayıdan əsirlərin Ümmülbənilə qarşılaşması və yanan çadırlarda Rüqəyyənin (s.ə.) fəryadını təqdim edən tamaşa gözəl musiqi tərtibatı, səhnə dekorasiyası və məddahların rövzə və mərsiyələri ilə Xanım Zeynəbin (s.ə.) son gecəsini tərənnüm etdirməyə çalışıb.

Tamaşa Aytən Şərifova və Mehdi Dərbəndinin rejisorluğu ilə hazırlanıb . Xanıb Zeynəb (ə)-nın yaşdı rolunda Gülnarə Əliyeva, Xanım Zeynəbin cavanlıq rolunda Aytən Şərifova, Ümrə rolunda Lalə Kərimli , Ümullbəni rolunda Vüsalə Cəfərova, İmam Hüseyin rolunda Nəzərli Fuad, Əbəlfəz rolunda Mahir Ağayev , Şimir Rolunda İsə Nicat Əhmədov və digər səhnələri də bölüşdürən aktiyor və aktirisalar bu tamaşada rol almışdılar. Tamaşadan sonra İran Səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Dr. İbrahim İbrahimi tamaşa haqqında öz müsbət fikirini bildirdi. Bundan sonra isə İrandan gəlmiş tanınmış rejisor Xeyrulla Təqyan isə tamaşa haqqında öz fikirlərini bildirdi .
Şəhriyar Mədəniyyət evində “Kərbəla Qəhramanı Zeynəb” tamaşası göstərildi
Şəhriyar Mədəniyyət evində “Kərbəla Qəhramanı Zeynəb” tamaşası göstərildi
Şəhriyar Mədəniyyət evində “Kərbəla Qəhramanı Zeynəb” tamaşası göstərildi
Şəhriyar Mədəniyyət evində “Kərbəla Qəhramanı Zeynəb” tamaşası göstərildi
Şəhriyar Mədəniyyət evində “Kərbəla Qəhramanı Zeynəb” tamaşası göstərildi
Şəhriyar Mədəniyyət evində “Kərbəla Qəhramanı Zeynəb” tamaşası göstərildi


Xəbəri paylaş

9748 dəfə oxunub.

Digər xəbərlər
27-04-2016, 17:59 Bakıda "bomj" qırğını

bütün xəbərlər
____ Instagram ___