Ukrayna Rusiyadan Krımla Donbasa görə 1 trilyon istəyir
Tarix: 15-10-2015 | Saat: 19:43
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Ukraynanın baş naziri Arseniy Yatsenyuk Krımın ilhaqı və Donbasın dağıdılmasına görə ölkəsinin Rusiyadan azı 1 trilyon qrivna (təxminən 50 milyard dollar) tələb etmək niyyətində olduğunu bildirib
Ukrayna baş nazirinin sözlərinə görə, Kiyev hazırda Rusiya ilə hüquqi savaşa hazırlaşır.
Kompensasiya ilə yanaşı məhkəmə araşdırması gündəliyinə Moskvanın Ukraynanın 3 milyard dollarlıq borcunu restrukturizasiya etmək istəməməsi salına bilər.
Yatsenyuk Rusiyanı borcun restrukturizasiya olunması ilə bağlı mövqeyini oktyabrın 29-dək bildirməyə çağırıb. Onun sözlərinə görə, Kiyev Moskvaya borcun restrukturizasiyasını və qismən silinməsini təklif edir.
Rusiya rəsmiləri bundan əvvəl borcu restrukturizasiya etməkdən imtina etdiklərini bildirərək Ukraynanın borcunu tam həcmdə ödəməli olacağını diqqətə çatdırmışdılar.
Prezident Putinin mətbuat katibi Dmitri Peskov Rusiyanın mövqeyində dəyişikliyin baş vermədiyini təsdiqləyib.
Peskovun kompensasiya tələbinə cavabı isə belə olub: “Krım - Rusiya ərazisidir, Donbas - Ukrayna ərazisi. Trilyon haradan çıxdı?” (virtual.org)
Xəbəri paylaş
6118 dəfə oxunub.
Digər xəbərlər

25-08-2023, 11:36
Bakıda gəlinini doğrayıb zibil qutusuna atan qayınatadan XƏBƏR VAR
29-03-2015, 14:14
Döyüşdə ölən idmançının atası: Günahkar oğlumun özüdür
25-07-2017, 23:06
“Qarabağ” “Şerif”lə bacarmadı
18-03-2023, 12:46
DİN və DSX birgə əməliyyat keçirdi - Saxlanılanlar var
10-04-2015, 23:40
Ölüm anı gəldikdə qaçmaq mümkün deyil.
28-12-2015, 17:15
Dünyada yaşayan azərbaycanlıların sayı açıqlandı – SİYAHI
12-11-2016, 22:19
Pakistanda İŞİD məscidi partlatdı: 43 ölü, 100 yaralı
30-07-2017, 20:29
Dabanınızdakı çatlar ölümcül xəstəlikdən xəbər verir - Xəbərdarlıq
6-04-2015, 14:11
Türkiyənin qaranlığa qərq olmasının səbəbi açıqlandı