Babək Mərdanovun “prava” alveri
Tarix: 30-08-2015 | Saat: 00:53
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Ağcabədi rayonunda yerləşən 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi və müavini milyonluq sərvəti necə əldə ediblər?
Fevral ayında dolların manat devalvasiyasından sonra 6 saylı qeydiyyat-imtahan və texniki baxış Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsində «rüşvət qiymətləri» də qaldırılıb.
Xəbəraz.az -ın məlumatına görə, AzFakt.com-a Baş Dövlət Yol Polis İdarəsinin Ağcabədi rayonunda 6 saylı Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin rəisi Babək Mərdanovun “sürücü” vəsiqəsi alveri ilə bağlı ilginc informasiya daxil olub. Həmin məlumatda qeyd olunur ki, əvvəllər Ağcabədi Region 6 saylı Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsində B kateqoriyası üzrə sürücülük vəsiqəsinin qeyri-rəsmi qiyməti 500-600 manata idisə, artıq bu rəqəm 800-900 manata qədər artırılıb.
Adının açıqlanmasını istəməyən şəxs həmçinin Babək Muradovun digər «qiymətlərini» də redaksiyamıza yollayıb. Həmin «qiymətlərə görə BC kateqoriyası üzrə sürücülük vəsiqələrinə görə tələb olunan məbləğ - 1000-1100 manat arasıdır. «E kateqoriyasını əldə etmək isə həm çətin, həm də bir qədər baha başa gəlir. Bildirilir ki, şöbədə vətəndaşlarla sürücülük vəsiqəsi alverini Babək Mərdanovun adından müavini Xaqani adlı şəxs həyata keçirir.
Mənbə bildirir ki, Babək Mərdanovla Xaqani müəllim vətəndaşlardan aldıqları qanunsuz rüşvətin hesabına özlərinə dəbdəbəli həyat şəraiti qurublar. Belə ki, iddiaya əsasən vətəndaşlardan topladıqları rüşvət pulları hesabına şöbə rəisi ilə müavinin sərvətləri milyon manatlarla ölçülür. Dəyəri milyon manatla ölçülən bu qədər sərvəti şübhəsiz ki, şöbə rəisi ilə müavini məvacibləri hesabına əldə edə bilməzlər.
Qeyd edək ki, Ağcabədi Region 6 saylı Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsi Ağdam, Beyləqan, Zərdab, Ağdərə, Şuşa, Xankəndi, Xocalı və Xocavənd rayonlarına xidmət göstərir.
Babək Mərdanov və müavini Xaqaninin əldə etdikləri var dövlətlə bağlı araşdırmalarımız davam edir və yaxın günlədə oxucularımıza ilginc məlumatlar verəcəyik. Bizi izləməkdə davam edin.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq
Xəbəri paylaş
7518 dəfə oxunub.
Digər xəbərlər

8-02-2016, 12:44
Siqaret UCUZLAŞDI
18-06-2017, 08:38
Səudiyyə Ərəbistanı İranın balıqçı qayığlarını atəşə tutub - ÖLƏN VAR
16-12-2019, 07:35
Üzeyirin bu çağırışına 1 milyon insan toplandı - VİDEO
26-03-2016, 14:25
Polis olmaq üçün 21 800 dollar verdi
18-01-2023, 11:11
Bakıda manyak məktəbli qıza yaxınlaşıb... - VİDEO
12-09-2017, 11:29
Zəvvarlar bu gün qayıdır
25-06-2015, 14:17
Azərbaycanda hərbi hissələr xüsusi rejimə keçd
25-11-2020, 20:31
“France-24” Kəlbəcər haqqında reportaj hazırladı - FOTOLAR
9-03-2016, 20:19
Aygün efirdə Namiqi görüb şoka düşdü - Video
6-10-2015, 12:00
“Lənkəranskinin atasını ağaca bağlayıb güllələdi...”