"Övladlarıma bunu açıqlaya bilmirəm" - Emin
Tarix: 10-08-2015 | Saat: 17:02
Bölmə:Karusel / Şou-Biznes / M2 / Məşhurların Taleyi | çapa göndər
Müğənni-bəstəkar Emin Rusiyanın “Hello” dərgisinin avqust buraxılışının əsas qonağı olub.
Xeberaz.az-ın məlumatına görə, jurnal üçün fotosessiya və müsahibə Bakıda aparılıb.
Məqalədə “Emin fotosessiyanı və çox danışmağı xoşlamır. O, quru, amma səmimi cavablar verir” deyə, bildirilib.
Emin övladları ilə bağlı sualları cavablandırıb:
“Oğullarıma nə üçün tez-tez getdiyimi açıqlaya bilmirəm. Mən heç işləməyə, bütün günü onlarla otura bilmərəm. İş və övladlarımla keçirdiyim vaxtı tənzimləməyə çalışıram. Ona görə də, tez-tez təyyarəyə minib, Londona gedirəm. Və yaxud da Moskvaya uçur, işlərlə bağlı müzakirələr aparıram”.
Ağalarov bütün günü işdə oturan, darıxdırıcı robot kimi insan deyil. O, cipi ilə dənizkənarında gəzməyi, dostları ilə görüşüb, müzakirələr aparmağı, mahnı oxumağı da sevir. Emin işin həyatının bir hissəsi olduğunu vurğulayıb:
“İşsiz tez darıxıram. Rola girməyi sevmirəm. Bu da mənə atamdan keçib. Uşaqlığımdan bir səhnəni həmişə xatırlayıram: bir gün atam məni, anamı və bacımı hava limanına aparırdı. Yol kənarında təmir gedirdi. Atam bilmədən ora dəydi və dağıldı. Dayanıb yolda işləyənlərdən üzr istədi. Onlar isə təhqir etməyə başladı. Atam düşüb, dalaşdı. Anam onu sakitləşdirməyə çalışırdı. Birini döydü, əli sındı. Əgər haqlısansa, hər bir şəraitdə qalib olacaqsan. Atam hər zaman mənim idealım olub. O heç vaxt “Oğlum, səni çox istəyirəm”, “Səninlə fəxr edirəm” sözlərini işlətməsə də, bilirəm ki, onula yaxşı dostuq”.
Xəbəri paylaş
7188 dəfə oxunub.
Digər xəbərlər

10-12-2016, 19:46
Zaur ağladı: "Məhv oluram" - FOTO
8-12-2017, 13:05
Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər
25-01-2019, 08:25
İsveçdə Azərbaycan dili dərsləri başladı
16-08-2022, 11:45
Azərbaycanda yoluxma nə üçün artır? - SƏBƏB AÇIQLANDI
23-12-2021, 11:25
“Uşaqların qızdırması olarsa, ilk olaraq..." - Pediatr
21-05-2016, 20:34
Rusiya Ermənistana silah tədarükünə başladı
10-03-2016, 10:17
Banklara borcu olan vətəndaşlar üçün lazımlı xidmət (VİDEO)
18-10-2017, 13:29
Azərbaycanda evli kişi başqa qadını qaçırdı – VİDEO
16-08-2016, 15:46
ANS-dən ŞAD XƏBƏR: Avqustun 29-da...
6-03-2019, 09:36
Bakıda 23 yaşlı gənc bıçaqlandı