Böyük hərbi əməliyyatların başlayacağı tarix
Tarix: 31-07-2015 | Saat: 23:15
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Türkiyə ordusunun əsas hədəfi PKK deyil, İŞİD terrorçularıdır.
Türkiyə ordusunun PKK və İŞİD-ə qarşı böyük hərbi əməliyyatlarının başlayacağı tarix açıqlanıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Radikal qəzetində nəşr edilən məqalədə deyilir.
Qəzet Türkiyə Silahlı Qüvvələrində olan yüksək rütbəli mənbəsinə istinadən xəbər verir ki, PKK düşərgələri bombardman edilsə də, bu, Türkiyə ordusunun əsas hədəfi deyil.
"PKK son hərbi əməliyyatlarla hədələnir, əsl hədəf isə İŞİD-dir. Terrorçulara qarşı böyük hərbi əməliyyatların başlanması üçün ABŞ döyüş təyyarələrinin Türkiyədə yerləşən "İncirlik" hərbi bazasına gəlməsi gözlənilir. 30 ədəd F-15, F-16 qırıcısı Böyük Britaniyadan və Almaniyadakı hərbi bazalardan Türkiyəyə gələcək. Qırıcılar gələn kimi hərbi əməliyyatlara strart veriləcək", deyə yüksək rütbəli mənbə bildirib.
F-15, F-16 qırıcılarının Türkiyəyə gəlişi gözlənilir
Bundan başqa qəzet yazır ki, ordunun terrorçulara qarşı böyük hərbi əməliyyatları yeni Baş Qərargah rəisinin təyin olunması və onun qərar verməsi ilə başlanacaq.
"Əməliyyatlar iki həftə ərzində də başlaya bilər. Bu qərarı Necdet Özelin yerinə gələcək yeni Baş Qərargah rəisi verəcək. Bəs. niyə uzadılır? Çünki ABŞ-ın F-15 və F-16 döyüş təyyarələri, ən azı iki ədəd “Reaper” pilotsuz uçan aparatın "İncirlik" hərbi bazasına gəlişi gözlənilir"
Türkiyə Silahlı Qüvvələrindəki yüksək rütbəli mənbə bildirib ki, ordu terrorçulara qarşı böyük əməliyyatların başlanmasına tam hazırdır.
“Reaper” pilotsuz uçan aparatı
Xəbəri paylaş
7118 dəfə oxunub.
Digər xəbərlər

14-06-2021, 10:06
Sonsuzluq, impotensiya, cinsi zəifliyə qarşı - 2 manatlıq ÇARƏ
23-12-2021, 11:25
“Uşaqların qızdırması olarsa, ilk olaraq..." - Pediatr
30-12-2016, 18:08
Respublikada 1541 hemofiliyalı xəstə qeydiyyatdadır
11-05-2015, 18:17
Tövbə nədir dinləyənlər bilər -VİDEO
31-05-2017, 12:32
Güclü külək əsəcək
10-08-2023, 10:45
ƏRDƏN ŞOK ƏMƏL: arvadını meşədə diri-diri basdırdı, sonra...
6-08-2019, 10:47
Eldar Əzizov onları mənzillərindən çıxara bilmir! - Ev yox, pul istəyirlər (FOTOLAR)
24-03-2017, 23:18
Türkiyə millisi qalib gəldi