Avroqrupun Yunanıstanla bağlı iclası nəticəsiz oldu
Tarix: 07-07-2015 | Saat: 22:45
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Avroqrupun Yunanıstanla bağlı iclası nəticəsiz yekunlaşıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, buna səbəb Yunanıstanın islahatlara və böhrandan çıxış yollarına dair öz təkliflərini təqdim etməməsi olub. Məlumata görə, bunu Avroqrupun sədri Yerun Deysselblum da təsdiqləyib. Onun sözlərinə görə, Yunanıstanın təklifləri iyulun 8-də təqdim edəcəyi gözlənilir.
“Afinanın təklifləri hələlik təqdim olunmayıb. Biz onları yaxın saatlarda, ən geci, sabah səhərə gözləyirik”, deyə Finlandiyanın maliyyə naziri Aleksandr Stubb bildirib.
Avroqrupun toplantısından əvvəl görüşün əsas məqsədinin Afinanın yeni təklifləri ilə tanışlıq olacağı bildirilirdi.
Qeyd edək ki, Aİ-nin növbədənkənar sammitində iştirak etmək məqsədilə bu gün Brüsselə səfərə gələn Almaniyanın kansleri Angela Merkel qeyd edib ki, Yunanıstana yardımın göstərilməsinə dair danışıqların bərpa olunması üçün hələlik heç bir əsas yoxdur. Merkel bildirib ki, islahatlar olmadan Afinaya heç bir yardım göstərilməyəcək: “Həmrəy münasibət olmadan yardım üçün şərait də olmayacaq, həmrəylik və islahatlar olmadan irəliləməyə çalışdığımız yol artıq mümkünsüz olacaq”.
Fransa prezidenti Fransua Olland da, öz növbəsində, Yunanıstan islahatları ilə bağlı hələlik dəqiq proqramın olmadığını bildirib.
Xəbəri paylaş
6178 dəfə oxunub.
Digər xəbərlər

11-07-2021, 15:20
Yevlaxda narkotik satan şəxs saxlanılıb
2-05-2017, 12:48
Nadir Qafarzadə həyat yoldaşına nələr dedi? – 24 il qabaq...
20-06-2015, 10:24
Cazibədar prokurorun illər əvvəlki fotosu yayıldı(FOTO)
17-01-2020, 09:24
"Roma"nın əfsanəsinin həyat yoldaşından bikinidə FOTOLAR
23-01-2016, 00:27
Sözəbaxmayan uşağı bu üsullarla cəzalandırın – PSİXOLOQ YAZIR
23-03-2016, 17:05
"Ərimin sinəsindəki izlərə görə təşəkkür edirəm" - FOTO
10-05-2015, 13:15
Azərbaycan xalqı Avropa Oyunlarına ciddi hazırlaşır.
12-10-2019, 11:28
Türkiyə haqda fikir bildirdi, dəfələrlə üzr istədi - Video
5-07-2020, 21:57
"Alov qüllələri"ndə karantinə əməl etməyənlərlə bağlı DİN-dən AÇIQLAMA (Foto - Video)