“3D” printerlə bina tikilir - Dubayda
Tarix: 04-07-2015 | Saat: 11:12
Bölmə:Karusel / Dünya / M2 / Texnologiya | çapa göndər
Xeberaz.az-ın alığı məlumata görə Dubayda "3D” printerin köməyi ilə ofis binasının inşası planlaşdırılır.
Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Nazirlər Kabineti işləri üzrə dövlət naziri Məhəmməd əl-Qarqavi bildirib.
Onun sözlərinə görə, ümumi sahəsi 185 kvadratmetr təşkil edən birmərtəbəli tikili hündürlüyü 6 metrdən çox olan printerdə laylar üzrə yaradılacaq. Həmçinin qurğunun köməyi ilə binanın struktur komponentləri və interyer əşyaları çap ediləcək. İnteryer əşyalarının hazırlanmasında dəmir-beton, gips, armaturlu şüşə və plastikdən istifadə ediləcək.
Bir neçə həftəyə ərsəyə gəlməsi nəzərdə tutulan layihədə Çinin binaların tikilməsi üçün üçölçülü çapdan hamıdan birinci istifadə etməyə başlayan "Winsun” şirkəti iştirak edəcək. 2015-ci ilin əvvəlində şirkət "3D” printer vasitəsilə yaradılan beşmərtəbəli yaşayış evi və sahəsi 1100 m2 olan villa təqdim edib.
Məhəmməd əl-Qarqavinin sözlərinə görə, üçölçülü printerlər ənənəvi bina tikilişi ilə müqayisədə tikinti vaxtını 50-70 faiz, iş xərclərini 50-80 faiz azaltmağa imkan verir.
Ofisin tikintisi 2015-ci ilin martında Dubayda başlayan "Gələcəyin muzeyi” (Museum of the Future) layihəsinin tərkib hissəsidir, - "3DNews” yazır.
Xəbəri paylaş
6688 dəfə oxunub.
Digər xəbərlər

31-08-2020, 17:30
Sentyabrın 1-də dolların manata qarşı məzənnəsi
21-05-2018, 10:13
Xuramanın "ala"sı, Şəbnəmin 590 manatlıq dodağı, qardaşına 20 minlik başdaşı düzəltdirən xalq artisti - HƏFTƏBECƏR
19-12-2022, 13:26
"Uşaq Sığınacağındakı uşaq ölür!" - Komitə sədri rəsmi qurumlara müraciət etdi - VİDEO
6-07-2015, 23:34
Yəmən yenə bombalandı: 45 ölü
6-10-2017, 10:33
Sumqayıtda sərnişin avtobusu ağır qəzaya düşdü: 7 yaralı
3-02-2016, 23:11
Azərbaycanlı iş adamı dünya milyaderləri arasında
23-05-2016, 22:35
7078 terrorçu öldürüldü - Qərargah
28-08-2016, 00:44
Azərbaycanlı jurnalist Gülənlə bağlı kitab yazdı - FOTO
23-10-2023, 10:32
Ağdaşda DƏHŞƏT: 11-ci sinif şagirdi anasını bıçaqladı
22-05-2015, 16:09
“Biz o evdə necə yaşaya bilərik?”