Bakıda DYP-sürücü davası: xəsarət alan var (FOTO)
Tarix: 22-06-2015 | Saat: 14:07
Bölmə:Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər
Münaqişə nəticəsində əsəbləri tarıma çəkilmiş tərəflər arasında əlbəyaxa dava düşüb.
Bakıda "8-ci kilometr bazarı"nını yaxınlığındakı "Diqlas" alış-veriş mərkəzinin önündə DYP-nin evakuasiya xidmətinin əməkdaşları ilə sürücülərin arasında əlbəyaxa dava-dalaşla müşayiət olunan insident baş verib.
Xeberaz.az-ın "Yeni Müsavat"a istinadən verdiyi məlumata görə, davanın səbəbi ticarət mərkəzinin qarşısında avtomobillərin saxlanılması üçün nəzərdə tutulan meydançadan yol polisinin evakutor maşınları ilə avtomobilləri cərimə meydançasına aparmaq istəməsi olub. Sürücülər buna etiraz ediblər. Nəticədə münaqişə yaranıb və əsəbləri tarıma çəkilmiş tərəflər arasında dava düşüb.
Evakuasiya xidmətinin əməkdaşlarından biri etiraz edən sürücünü (onların adını hələlik dəqiqləşdirmək mümkün olmayıb) möhkəm döyüb. Ciddi bədən xəsarəti alan sürücünün halı pisləşib və üstünə təcili tibbi yardım briqadası çağırılıb.
Daha sonra ətrafa çoxlu adamlara yığılıb və hadisə yerinə cəlb edilmiş polis qüvvələri tamaşaçıları hadisə yerindən uzaqlaşdırmağa çalışıblar.
Döyülən şəxs "Nissan-Sanni" markalı avtomobilin sürücüsüdür. Evakuasiya xidmətinin əməkdaşları döyülən sürücünün xəstəxanaya aparılmasının qarşısını almağa çalışıblar, bildiriblər ki, onun vəziyyəti ağır deyil. Həkimlər isə xəsarət alanın təcili şəkildə xəstəxanaya aparmağın vacib olduğunu bildiriblər. Bu dəfə həkim briqadası ilə evakuasiya xidməti işçilərinin arasında münaqişə yaranıb.
Sonda polislər yaralı sürücünü öz maşınlarına qoyaraq polis bölməsinə Nizami rayon Polis İdarəsinin bölmələrindən birinə aparıblar.
Xəbəri paylaş
6868 dəfə oxunub.
Digər xəbərlər

25-04-2015, 00:59
Nərgiz Yaqublu bu gün dəfn ediləcək
7-01-2018, 22:25
Acundan Yıldız Tilbeye sürpriz
15-01-2022, 21:38
AZƏRİQAZ Şefi Ruslan Əliyevi yalnız QURUMUN QAZANCI DÜŞÜNDÜRÜR?
6-03-2018, 15:51
Nadir Qafarzadənin yeni duet ortağı - VİDEO
28-05-2015, 13:47
Azərbaycan vətəndaşı Moskvada meşədə polisi öldürdü
4-04-2017, 02:21
Futbolçu hakimi nokauta saldı - VİDEO
2-02-2017, 19:21
ZEYNƏB ƏSMƏRLİDƏN "GÖZQAMAŞDIRAN DÜNYA" – YENİ FOTOSESSİYA
21-01-2021, 18:03
Yaralı hərbçimiz bu gün şəhid oldu
17-02-2017, 12:28
“Məni niyə tək qoydun?” - Kənan M.M+Video