Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yeni evlənən xanımlara tövsiyələr
Tarix: 23-03-2017 | Saat: 19:16
Bölmə:Karusel / Qadınlar | çapa göndər

Yeni evlənən xanımlara tövsiyələr

"Nikahda kəramət var", - deyirlər. Doğrudan da, yeni evlənən gənclər bir-birlərini elə sevirlər ki, xətalarını görmürlər. Hər iki tərəf də qarşısındakının xətrinə dəyməmək, xoşbəxt etmək üçün sanki çırpınır. Elə isə, səadətinizin təməli olan bu xoşbəxt günləri bacardığınız qədər qorumağa çalışın. Yerli-yersiz göz yaşları, günlərlə davam edən küsülülüklər ilk vaxtlar həyat yoldaşınızın diqqətini cəlb etsə də, vaxt keçdikcə bütün bunlara alışacağı üçün silahınız əvvəlki kimi təsir göstərməyə bilər. Necə deyərlər: "Artıq naz aşiq usandırar". Evliliyinizin bu ilk və ən gözəl günlərində "yersiz nazla aşiqinizi usandırmaq" əvəzinə gözəl keyfiyyətləriniz, ağıllı davranışlarınızla onun qəlbini fəth etməlisiniz.

"Xəbəraz.az "meneviyyat.az-a istinadən bildirir ki, evləndikdən sonra xoşbəxt olmaq üçün nişanlılıq dövründə bir-birinizlə necə davrandığınızı unutmamalısınız. Çünki evli insanlar xoşbəxt ola bilmək üçün özlərinə kimisə örnək qəbul etməlidirlər. Bu örnək isə elə siz özünüzsünüz. Necə? Evlənməzdən əvvəl nişanlınız üçün nələr etdiyinizi xatırlamağa calışın. O, sizi, iş görərkən geydiyiniz hisli-paslı, yemək iyi verən xalatda görmüşdümü? Saçınız-başınız daranmamış çıxmışdınızmı qarşısına? "Allah qorusun, məni elə görsəydi, yəqin ki, evlənməkdən imtina edərdi" deyirsiniz, deyilmi? Tam əksinə, onun gözünə gözəl görünmək üçün həmişə baxımlı, səliqəli olmağa çalışırdınız. Onu düşünməkdən yorulmadığınız, görər-görməz qəlbinizin çırpıntılarına mane ola bilmədiyiniz o gözəl günlərinizdə tez‑tez görüşmək üçün bir fürsət axtarırdınız. Ailəliklə sizə qonaq gələndə onları daha təmtəraqla qarşılamaq üçün əlinizdən gələni əsirgəmirdiniz. Qarşılıqlı hədiyyələşmələr, gözəl sözlər, aynaya hər baxanda onun gözunə necə göründüyünüzü düşünərək özünüzə səliqə-sahman vermək, sevincinizə sevinc qatırdı. Xatırladınız, deyilmi? Bəs indi? Həmişəkindən daha çox ehtiyacınız olduğu halda, bu gözəl davranışlarınıza niyə nöqtə qoydunuz? Yoxsa, tənbəllik edirsiniz? Yoxsa, xoşbəxtlikdən, səadətdən, sevincdən imtina edirsiniz? Bəlkə, nəyisə gözləyirsiniz? Bəlkə "məni beləcə, olduğum kimi qəbul etsin", ‒ deyərək işin asanına qaçırsınız? Ancaq düşünün ki, o, sizi olduğunuz kimi deyil, göründüyünüz kimi sevmişdi. İndi bu xoşbəxtliyin davamı üçün siz də göründüyünüz kimi olmalısınız. Bəli, həyat yoldaşınızı həmişə gülər üzlə, şirin sözlə qarşılamağa tənbəllik etməyin. Eynilə nişanlı olduğunuz günlərdəki kimi çıxın qarşısına. Onunla evinizin daimi qonağı kimi davranın. Elə olsun ki, bu xoşbəxt qonaq qapıdan içəri addım atar-atmaz bütün yorğunluğunu, problemlərini unudacağına, öz isti yuvasından başqa heç bir yerdə rahat ola bilməyəcəyinə inansın. Ona göndərmək istədiyiniz mesajı, söyləmək istədiyiniz gözəl bir sözü gecikdirməyin. "Əvvəlcə o başlasın" deyib gözləməyin. Onu nə qədər çox sevdiyinizi söyləməkdən cəkinməyin. Və xoşbəxt ola bilmək üçün xoşbəxt etməkdən usanmayın


Xəbəri paylaş

7628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___