Artıq bulvarda pulsuz Wi-Fi var - ŞAD XƏBƏR
Tarix: 18-03-2017 | Saat: 14:19
Bölmə:Karusel / Gündəm | çapa göndər
Dənizkənarı Milli Park ərazisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən həyata keçirilən əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan "İctimai internet" şəbəkəsi istifadəyə verilib. Artıq bu gündən etibarən paytaxt sakinləri və şəhərin qonaqları Dənizkənarı Milli Park və Dövlət Bayrağı Meydanı ərazilərində pulsuz internetdən istifadə edə bilərlər.
"Xəbəraz.az " AZƏRTAC-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilən açılış mərasimində bildirilib ki, Dənizkənarı Milli Park və Dövlət Bayrağı Meydanı ərazilərinin ictimai internetlə təchiz olunması üçün Çinin "Huawei" şirkəti tərəfindən zəruri avadanlıqlar (Access Point) quraşdırılıb. Həmin ərazi üzrə 122 qoşulma nöqtəsi mövcuddur ki, bu da təxminən 8 minədək insanın eyni anda internetə çıxışını təmin edir. Tezliklə Dənizkənarı Milli Parkın "Ağ Şəhər" ərazisi də "İctimai internet" şəbəkəsinin əhatə dairəsinə daxil ediləcək.
Diqqətə çatdırılıb ki, ilin sonunadək bir sıra parkların da pulsuz internetlə təmin edilməsi nəzərdə tutulur. Bununla yanaşı, Heydər Əliyev Mərkəzinin parkında bu istiqamətdə işlər həyata keçiriləcək.
Xəbəri paylaş
8028 dəfə oxunub.
Digər xəbərlər

12-02-2016, 13:37
Van Qoqun otağı 10 dollara kirayə veriləcək
18-06-2020, 11:27
Tərtərdə 1 tondan artıq narkotik vasitə məhv edildi
11-07-2016, 00:28
Məşhur müğənninin əkizləri ilə FOTOsu
14-05-2020, 20:09
Ağcabədidə iki bacı zorlanıb? - RƏSMİ AÇIQLAMA
31-12-2015, 16:57
Ağdaşda qonşu qonşunun qulağını kəsib tulladı
27-03-2017, 12:55
İdman zalında dəhşətli görüntü: ağır çəki götürən idmançının ayağı sındı - VİDEO - FOTO
4-03-2016, 15:19
Prezident Administrasiyası: "Son bir neçə gündə prezidentə xeyli sayda şikayət ünvanlanıb"
12-11-2018, 16:11
"Fədayə Laçının səhhətində problem var"
2-03-2022, 10:25
Xarkovdan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Universitet binası və tank zavodu məhv edildi - VİDEO