“Evimdə 14 ermənini gizlətmişdim...” - Afaq Bəşirqızı
Tarix: 27-02-2017 | Saat: 12:05
Bölmə:Karusel / Şou-Biznes / Müsahibə | çapa göndər
Azərbaycanın xalq artisti Afaq Bəşirqızı Sumqayıt hadisələri ilə bağlı müsahibə verib.
"Xəbəraz.az " xəbər verir ki, aktrisa müsahibəsində 14 nəfər ermənini evində gizlətdiyini deyib:
“Sumqayıtdakı bir otaqlı mənzilimdə 14 nəfər ermənini və onlara gələn qonaqları gizlətmişdim. Edik, Şura, qızı, onun həyat yoldaşı və digər qonşumuz olan ər-arvad, oğlu, gəlini və nəvələr idi. İki gün evimdə qalandan sonra saat 01:30-da onları özüm şəxsən BTR -ə mindirib Füzulinin Tuğ kəndinə yola saldım”.
Afaq Bəşirqızı hadisədən sonra onlarla görüşmədioyini söyləyib:
“Onlardan xəbərim olmadı. Tuğ kəndində idilər. Sadəcə Ediklə sonuncu dəfə söhbət edəndə dedi ki, “Krunk”a üzv olmayanların siyahısı bayaq adını çəkdiyim həmin qara paltolu şəxslərin əlində olub”.
Xalq artisti ermənilərin yerini demək üçün ona pul təklif edildiyini vurğulayıb:
“Pul təklif etmişdilər ki, ermənilərin yerini deyim.Təklif edənləri tanımaq qeyri-mümkün idi, amma onlar məni çox çətin tanıdılar. Erməni saxladığıma görə kimsə məni satmışdı. Erməniləri evimizdə gizlətdiyimiz bir vaxtda qapımız döyüldü. Qara paltolu, şotland şarflı iki nəfər və onlarla bərabər 2-3 uşaq da qapıda dayanmışdı.
Qapı açılanda onlar məni tanımadı, amma yanlarındakı uşaqlar tanıdı və “Afaq xanımın evidir, evinizdə erməni var?” deyəndə hər iki şəxs təəccüblə biri-birilərinə baxdı. Məni tanıyırmış kimi salam verdilər. Elə bilirdim ki, onlar azərbaycanlıdır. Bizim dildə səlis danışırdılar. Təbii ki, onların azərbaycanlı olmadığını sonradan dərk etdim”.
Xatırladaq ki, 1988-ci ilin fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində erməni separatçıların yaratdıqları “Krunk” təşkilatına pul köçürməyən ermənilər qətlə yetirilib. İğtişaşa “Paşa” ləqəbli Qriqoryan Eduard
Robertoviç adlı erməni başçılıq edib. Qriqoryana Sumqayıtda yaşayan və təşkilata kömək etməyən ermənilərin dəqiq siyahısı və ev ünvanları verilib.
Erməni təxribatı nəticəsində baş verən hadisələrdə meydanlara toplaşan insanları sakitləşdirməyə çalışan xalq artisti Afaq Bəşirqızı iğtişaşların səbəbkarı olaraq istintaqa cəlb olunub və güllələnmək təhlükəsi ilə üzləşib.femida.az
Xəbəri paylaş
1 1448 dəfə oxunub.
Digər xəbərlər

19-03-2015, 13:50
Azərbaycana daxili orqanında heroin gətirən şəxs saxlanıldı
20-02-2018, 14:02
"Bavariya" "Beşiktaş"a, "Barselona" "Çelsi"yə qarşı
13-11-2015, 17:09
Erməni kəşfiyyatı hücuma keçdi, itkilər verdi
17-10-2021, 11:22
Erməni terrorunun qurbanı olan 4 yaşlı Xədicə: Anamı istəyirəm...
25-08-2016, 10:39
Bakıda iki polis bölməsinə yeni rəis təyin edilib
28-04-2016, 22:43
Ermənilərin vurduğu Ağdam sakini dünyasını dəyişdi
15-11-2020, 12:50
Hərbi Dəniz Qüvvələrində andiçmə mərasimi keçirildi
26-12-2018, 13:22
Türkiyəli aktrisa donuz qripinə tutuldu
19-04-2018, 23:23
400 minlik toy edən lift müdirinin qızı məhkəmədə dindiriləcək