“Psixoloji sarsıntılarım var” - Azadlığa dünən çıxan Mehriban
Tarix: 08-02-2017 | Saat: 11:46
Bölmə:Karusel / Gündəm / M2 / Müsahibə | çapa göndər
“Psixoloji sarsıntılarım var. Ən azından orada əsassız olaraq qalmışam”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi, ötən gün azadlığa çıxan Mehriban Hüseynova deyib.
M. Hüseynova bildirib ki, qanunlar ona insanları tanımağı öyrədib:
“Bütün media işçilərinə təşəkkürümü bildirirəm. Bu vaxt ərzində qanunlarımıza hörmət etdim, qanunlarımızı icra edən hər bir məmurumuza öz təşəkkürümü bildirirəm. Çünki onlar qayğıma qaldılar, qorudular. Hansısa bir günahım oldusa, cəzamı çəkdim. Qanunlarım məni başa saldı ki, artıq kimlər kimdir. Düzü əyridən ayırmağı, ətrafıma buraxacağım insanları seçməyi öyrətdi.
Qanunlarımız mənə insanları tanıtdı. Təcridxananın rəisindən tutmuş, baş həkiminə qədər hər kəsə minnətdaram. Azadlıq mənim üçün başqa bir şeydir. Nəhayət ki, arzuma çatdım. Ən əsas açıqlamalarımı saxlayıram. Psixoloji gərginliyimi atım, evimə uyuşum... Daha sonra media orqanları ilə görüşəcəm”.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinın qərarına əsasən, mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova 1 il 3 ay müddətinə şərti cəzayla azadlığa buraxılıb.
Xatırladaq ki, Mehriban Hüseynova barəsində Cinayət Məcəlləsinin 29.180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmışdı. O, fevralın 25-də dünyasını dəyişən Xalq artisti İlhamə Quliyevanın var-dövlətini ələ keçirməkdə günahlandırılırdı.
Xəbəri paylaş
6988 dəfə oxunub.
Digər xəbərlər

10-11-2016, 17:16
İtirdiyi üzük yerkökü ilə çıxdı - FOTO
7-01-2017, 12:40
Ombudsman da işə qarışdı
11-05-2017, 12:42
Müdafiə Nazirliyi məlumat yaydı
13-01-2016, 10:16
Sumqayıtda sökülən obyektlərə görə pul verilməyəcək – FOTO
24-08-2017, 20:51
Qarabağın rəqibləri bilindi
28-09-2015, 13:33
AŞPA Azərbaycana 32 nəfərlik müşahidə missiyası göndərir
14-10-2016, 11:42
Zakir Həsənov cəbhədəki hərbi hissələri yoxladı
26-12-2017, 13:31
Sabah külək olacaq
13-07-2018, 16:33
Prezidentdən Gəncədə şəhid olan zabitlərlə bağlı SƏRƏNCAM
5-05-2018, 10:19
Sumqayıtda 3 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı - FOTO