Azərbaycanın bu rayonunda 11 illik məktəblər LƏĞV EDİLİR
Tarix: 24-01-2017 | Saat: 17:13
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər
Azərbaycanın Tovuz rayonunda 11 illik kənd məktəbləri ləğv ediləcək.
"Xəbəraz.az " azvision.az-a istinadən xəbər verir ki, Tovuzun bir çox kənd məktəbləri 9 illik olacaq. Sakinlərin bildirdiyinə görə, 11 illik tam orta məktəblər əhalisi çox olan kənd və qəsəbələrdə fəaliyyət göstərəcək.
Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova məsələyə münasibət bildirib. Şöbə müdiri azvision.az-a faktı təsdiqləyərək bildirib ki, bu, yalnız Tovuza aid olan məsələ deyil, digər rayonlarda da proses davam etdirilir.
"Sentyabrın 15-dən Tovuzda 16 məktəb təmayüllər üzrə fəaliyyət göstərəcək, qalan məktəblər isə 9 illik olacaq. Ali məktəblərə hazırlaşan şagirdlər təmayüllərdə təhsillərini qruplar üzrə davam etdirəcəklər. 9-cu sinifdən çıxan şagirdlər isə peşə məktəblərinə gedərək, orada müəyyən ixtisaslar üzrə peşələrə yiyələnəcəklər".
V.Hüseynova qeyd edib ki, təmayüllü məktəblər zonalar üzrə formalaşacaq. "Təmayüllər üzrə məktəb seçiləndə onların maddi-texniki bazası əsas götürüləcək. Hazırda Tovuzda 23 min şagird, 85 məktəb var ki, bunun da 17 məktəbi ümumi orta, 3-ü isə ibtidai məktəbdir. Müəllimlərin aqibəti yəqin ki, nəzərə alınacaq və dərslə təmin olunacaqlar".
Xəbəri paylaş
7988 dəfə oxunub.
Digər xəbərlər

22-07-2021, 19:01
Pərvindən Şahin Zəkizadənin xanımına: "Hər şeyi açığa çıxarmayım"
26-04-2022, 11:10
Azərbaycanda sperma bankı yaradılır: Bir şəxsin bir neçə uşağı olacaq?
14-07-2019, 23:13
Gədəbəydə zəncirvari qəza, yaralılar var - İkisi azyaşlıdır
30-08-2016, 11:45
Hər günü gözəl başladacaq 5 TÖVSİYƏ
26-09-2015, 14:22
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə tədbiri
11-02-2017, 23:42
Rövnəq Abdullayev cüdoçumuzu mükafatlandırdı - FOTO
18-09-2016, 21:32
Zərdabdakı qəzada sürücü öldü - Qadın və uşaq komada
17-02-2016, 16:52
"Azərbaycan özünə qarşı belə cinayəti qəbul etmədi və bundan sonra da etməyəcək" - Bahar Muradova
17-09-2019, 13:39
Azərbaycanda polis faciəli şəkildə öldü
3-06-2016, 15:07
Bakı bulvarında özünü öldürən şəxsin kimliyi bilindi - FOTOLAR