Xəzərdə gəmidə baş vermiş yanğının səbəbi məlum olub
Tarix: 12-01-2017 | Saat: 17:52
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
17:24
Bu gün saat 14:45 radələrində Xəzər dənizində Xərə Zirə adası yaxınlığında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus "Akademik Zərifə Əliyeva" adına gəmi bərəsinin baş mühərrik bölməsində elektrik naqillərində tüstülənmə müşahidə edilib.
Bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
"Gəmi heyətinin operativ müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb. Gəmidə təhlükəli yük olmayıb. Hadisə ilə bağlı ətraflı məlumat veriləcək", - deyə gəmiçiliyin məlumatında əlavə edilib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi bir qədər əvvəl "Akademik Zərifə Əliyeva" adına gəmi bərəsinin baş mühərrik bölməsində yanğın olması barədə məlumat yayıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-7" və Aviasiya dəstəsinin 1 helikopteri hadisə yerinə cəlb olunub.
-----------
16:02
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xəzər dənizində Xərə Zirə adası yaxınlığında "Akademik Zərifə Əliyeva" adına yük gəmisinin maşın bölməsində yanğın olması barədə məlumat daxil olub.
"Xəbəraz.az " xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-7" gəmisi və Aviasiya dəstəsinin 1 helikopteri dərhal hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Əlavə məlumat veriləcək.
Xəbəri paylaş
7298 dəfə oxunub.
Digər xəbərlər

12-01-2018, 12:10
Azərbaycanın ən yaşlı tələbəsini tanıyın - VİDEO
4-10-2019, 14:42
Polis Samir Qaracayevin üzərindən tapança tapdı
6-10-2017, 10:15
Yaralar üçün "super kley" hazırlanır
20-06-2021, 11:34
Vaksin olunanlara həkimdən TÖVSİYƏ: Bol su için, ağır iş görməyin
2-04-2019, 17:07
Eyni yağda ikinci dəfə qızartmayın! Ölümcül TƏHLÜKƏ
31-10-2016, 14:42
Bərdədə ailənin 14-cü övladı doğuldu - FOTOLAR
4-03-2017, 16:21
Azərbaycan tütün idxalını artırıb
25-04-2016, 16:20
Sərkisyan danışıqlardan rəsmən imtina etdi - Təcili
23-07-2019, 04:09
Avropa Liqasında 46 matç keçiriləcək
28-08-2018, 11:30
Binəli Yıldırım Azərbaycana səfər edəcək