Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Yeni sürücülük vəsiqələrinin verilməsinə başlanıldı
Tarix: 11-01-2017 | Saat: 14:03
Bölmə:K, Gündəm, M2 | çapa göndər

Yeni sürücülük vəsiqələrinin verilməsinə başlanıldı

Sürücülük vəsiqəsinin verilməsi ilə bağlı "Yol hərəkəti haqqında" qanuna edilən əlavələr və dəyişikliklər artıq tətbiq olunur. Belə ki, sürücülər öz istəklərinə uyğun olaraq avtomat ötürücü qutusu olan nəqliyyat vasitələrini idarə etmək üçün nəzərdə tutulan sürücülük vəsiqəsi ala bilərlər.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, hətta bir neçə ay əvvəl nəzəri imtahan verən, lakin təcrübə imtahanından keçə bilməyənlər də rəsmi qaydada Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edərək təcrübə imtahanını avtomat ötürücü qutusu olan avtonəqliyyat vasitəsilə verə bilərlər. Bunun üçün imtahandan bir neçə gün əvvəl rəsmi qaydada müraciət etmək lazımdır. DYP imtahanın günü və vaxtı barədə vətəndaşa məlumat verəndən sonra imtahana qatılmaq olar. Lakin DYP həmin şəxslərin nəzərinə bir daha çatdırır ki, bu tipli sürücülük vəsiqəsi alanlar gələcəkdə mexaniki ötürücü qutusu olan nəqliyyat vasitəsini idarə edə bilməzlər. İdarə etsələr, onları 100 manat cərimə gözləyir.

Avtomat ötürücü qutusu olan nəqliyyat vasitələrini idarə etmək üçün imtahan verənlər, imtahandan uğurla keçdikdə onlara adi qaydada sürücülük vəsiqəsi verilir. Lakin bu vəsiqənin "Xüsusi qeydlər" bölməsində "avtomat t/r" sözləri yazılır. Bu isə o deməkdir ki, bu vəsiqə ilə yalnız avtomat transmissiyalı nəqliyyat vasitəsini idarə etməyə icazə verilir.





2498 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
23-13+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
25-03-2017
bütün xəbərlər
«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
____ Instagram ___