Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Gecə 3-lə 5 arası yatmayın
Tarix: 05-01-2017 | Saat: 12:22
Bölmə:Karusel / Gündəm / Maraqlı | çapa göndər

Gecə 3-lə 5 arası yatmayın


"Səmada dekabrın 28-dən başlayan meteor yağışı və ya selinin aktivliyinin ən maksimal dövrü ötən gecə müşahidə edilib".

"Xəbəraz.az " xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov deyib.

Onun sözlərinə görə, yanvarın 12-dək davam edəcək meteor selinin aktivliyini Azərbaycanda da izləmək mümkündür:

"Bu prosesi səhərə yaxın - saat 3-5 radələrində adi gözlə müşahidə etmək olar. Meteor yağışı o qədər sürətlə olur ki, onu teleskopla izləmək mümkün olmur. Bunu izləməyin ən yaxşı yolu arxası üstə uzanıb daimi olaraq səmaya baxmaqdır. Meteor yağışını gecə atmosfer şəffaf və qaranlıq olan yerlərdə izləmək mümkündür. Meteorlar göydə ulduz boyda, amma bəzən ulduzdan da böyük görünürlər. Bu proses çox gözəl olur, göydə sanki işıldaquşlar uçur, gözün önündə "axan ulduzlardan" ibarət gözəl mənzərə açılır".

Meteorların Günəş sisteminin xırda cisimləri olduğunu deyən direktor müavininin sözlərinə görə, meteor yağışı və ya seli dövrü bir prosesdir:

"Meteor selinin mənbəyi müəyyən bürclərdə olur. Onlar hansı bürcdə yerləşirlərsə, həmin bürcün adı ilə də adlanırlar. Məsələn, ötən gecə müşahidə edilən "Kvadrantid" adlanır. O, Əjdaha ilə Naxırçı bürcünün arasında yerləşir və başlanğıcını da oradan götürərək Yerə doğru istiqamətlənir".

Direktor müavini meteor yağışının Yer kürəsi və insan sağlamlığı üçün heç bir təhlükə törətmədiyini də söyləyib:

"Çünki meteorlar Yer atmosferində tamamilə yanaraq toz halına çevrilirlər. Amma meteoritlər müəyyən təhlükə törədə, Yer səthinə gəlib çatdıqda nəyəsə ziyan vura bilərlər. Çünki meteorit Yer səthinə gəlib çatır və tam yanıb qurtarmır. Amma meteoroitin Yerə gəlib çatması da min illər ərzində bir dəfə olur. İndiyədək Yer kürəsində 3000-ə yaxın meteorit tapılıb".





3138 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
5+17-2=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
22-11-2017
bütün xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
____ Instagram ___