Ağsuda avtomobil ər və arvadı öldürdü
Tarix: 02-01-2017 | Saat: 01:58
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Ağsu rayonunda iki ailənin faciəsi ilə nəticələnən ağır avtomobil qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə yanvarın 1-də axşam saat 22:00 radələrində Ağsu şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
Şamaxı rayonu Qurdtəpə kənd sakini, 1970-ci il təvəllüdlü Ədilov Əmirşah Məmmədşah oğlu idarə etdiyi VAZ 2106 markalı minik avtomobili ilə sürətlə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq piyada səkisində hərəkət edən iki nəfəri-Ağsu şəhər sakini 1958-ci il təvəllüdlü Xəyyam Əliyevi və onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Xatirə Əliyevanı vurub. Ağır xəsarətlər alan ər və arvad hadisə yerində dünyasını dəyişib.
Piyadaları vuran avtomobil sonra hasara çırpılaraq aşıb. Zərbənin təsiri nəticəsində avtomobilin sürücüsü Əmirşah Ədilov, onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Ədilova Məhbubə Sədulla qızı, və övladları, 2000-ci il təvəllüdlü Əmrah Ədilov və 1998-ci il təvəllüdlü Afaq Ədilova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onların vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Xəbəri paylaş
7478 dəfə oxunub.
Digər xəbərlər

13-09-2018, 19:15
Məmmədyarov NATO PA-nın sədrini qəbul etdi
2-07-2017, 19:57
SOCAR və "Qazprom" Rusiyadan Azərbaycana qaz ixracını müzakirə etdi
17-01-2019, 16:28
Nazirdən yeni TƏYİNATLAR
15-12-2022, 14:01
Vilayət Eyvazov Yevlaxda azyaşlını döyən polisi işdən çıxarıb
16-01-2018, 17:18
Sabahın hava PROQNOZU - Meteohəssas insanlara XƏBƏRDARLIQ
28-04-2016, 13:01
Beren Saat bu səhnəyə görə 220 min qazanıb
25-10-2017, 13:10
Paltaryuyanınız yaxşı işləmirsə, bunları edin - VİDEO
1-12-2018, 11:49
Bakıda 23 yaşlı oğlan itkin düşdü
4-11-2015, 12:31
Azra Akın Dubayda ərəbləri heyran etdi - fotolar
12-04-2016, 12:44
Biləcəridə iki nəfər dəm qazından zəhərlənərək ölüb