Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

"O evə görə Eldar Mahmudova 100 min vermişəm" - İTTİHAM AKTINDAN
Tarix: 30-12-2016 | Saat: 18:11
Bölmə:K, İqtisadiyyat, M2 | çapa göndər

"O evə görə Eldar Mahmudova 100 min vermişəm" - İTTİHAM AKTINDAN

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə yeni maraqlı epizod məlum olub.

Istintaq zamanı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş iş adamı Mahmudov Ağaisa Əflatun oğlu ifadəsində göstərib ki, 2002-ci ildən etibarən sahibkarlıq fəaliyyəti ilə əlaqədar “Bank of Azerbaijan” ASC-nin müştərisi olub: “Həmin bankın 1 saylı filialının müdiri Ələddin İbrahimovla münasibətlərim yarandı, təxminən 2012-ci ilin əvvəllərində Ələddin İbrahimov mənə zəng vuraraq bir nəfər müştərinin Bakı şəhəri, C.Hacıbəyli küçəsində yerləşən həyət evini banka girov qoyaraq kredit götürdüyünü, hazırda kreditlərini ödəyə bilmədiyi üçün evini satmaq istədiyini bildirdi. Həmin evə baxıb bəyəndim. Vaqif adlı şəxslə tanış oldum, o, özünü evin sahibi kimi təqdim elədi. Bir neçə gün sonra Ələddinin iştirakı ilə Vaqiflə “Bank of Azerbaijan” ASC-nin 1 saylı filialında görüşdük, görüş zamanı Vaqif evin ona məxsus olduğunu dedi. Evi 823.000 manata satmağa dair razılığa gəldik. Mən Vaqifə 423.000 manat pul verdim və Vaqifin banka olan kredit borcunu ödədim. Bir neçə gün ərzində Vaqifə təxminən 380.000 manat pulu hissə-hissə verdim, qalan hissəni isə sonra verəcəyimi dedim, işlərimlə əlaqədar Rusiyaya getdim”.

Zərərçəkən şəxs qeyd edib ki, təxminən 2013-cü ilin payız aylarında Bayram adlı bir nəfər şəxs onun ofisinə gələrək Ceyhun Hacıbəyli küçəsi 119 ünvanında yerləşən evi kimdən və neçəyə aldığı ilə maraqlanıb: “Mənə dedilər ki, ev Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı telefon rabitəsi istehsalat birliyinin baş direktoru Beytulla Hüseynova məxsusdur. Həmin hadisədən təxminən 1 il sonra, yəni 2014-cü ilin payız aylarında özünü MTN əməkdaşı kimi təqdim edən Rüfət adlı şəxs mənə zəng vurdu, məni MTN-ə dəvət etdi. MTN-ə gedərək Rüfət adlı əməkdaşla görüşdüm, ona Beytulla Hüseynovun Vaqif və Murad adlı şəxslərin onu aldadaraq C.Hacıbəyli küçəsində yerləşən evini satması barədə ərizə yazdığını, bu məsələnin araşdırılmasının Eldar Mahmudov tərəfindən baş idarə rəisi Sübahir Qurbanova tapşırıldığını, Sübahir Qurbanovun da məsələni Beytullanın xeyrinə həll etməklərini tapşırdığını bildirərək onların heç nə edə bilməyəcəklərini söylədilər. Mən də baş verənlərlə bağlı ətraflı izahat yazıb getdim. Təxminən 1 ay sonra Rüfət yenidən zəng vuraraq məni MTN-ə dəvət etdi, “Sultan” kafesində görüşüb söhbət etdik, oradan ayrılıb getdikdən bir neçə gün sonra, 2014-cü ilin sonlarında Rüfət yenidən zəng vuraraq məni nazirliyə çağırdı, nazirliyə getdikdə giriş qapısının yanında olan qəbul otağının ikinci mərtəbəsində hündür boylu, bığlı, orta bədən quruluşlu, özünün deməsinə görə Zabratda yaşayan bir şəxs məni qəbul elədi. Həmin vaxt Vaqif də orada idi, orada evlə bağlı Vaqiflə mübahisə yarandı, Vaqif həmin MTN əməkdaşına məndən 423 min manat pul aldığını, həmin pulu da Beytulla Hüseynovun Mehbalı adlı qohumuna verdiyini etiraf etdi. MTN əməkdaşı baş idarə rəisinə məruzə edəcəyini bildirib nazirliyin inzibati binasına gedib təxminən 1 saat sonra qayıdaraq, mənim vicdanlı alıcı olduğumu, lakin Beytulla Hüseynovun Eldar Mahmudovla qohum olduğu üçün evin Beytullaya qaytarılması ilə bağlı Sübahir Qurbanovun təkid etdiyini bildirdi. Həmin ərəfələrdə Ələddin mənə müraciət edərək özünü sığortalamaq üçün evi bankın işçisinin adına rəsmiləşdirməyi təklif etdi, mənim razılığımdan sonra ev bankın işçisi olan İmran Abdullayevin adına rəsmiləşdirildi”.

Ağaisa Mahmudov bildirib ki, 2015-ci ilin aprel ayında MTN-də işləyən, əvvəlcədən tanıdığı Natiq Alıyev zəng vurub onu “Sultan” restoranına dəvət edib: “Görüşə Fizuli Əliyev də gəldi, söhbət zamanı Fizuli ilə Natiq mənə Beytullanın ev məsələsinin həll olunmasının Eldar Mahmudov tərəfindən onlara tapşırıldığını, Sübahir Qurbanovun hər gün onları danladığını bildirdi. Evdən çıxmalı olduğumu və evi Beytullanın adamlarından birinin adına rəsmiləşdirməli olduğumu dedi. Mən Natiq və Fizuliyə evdən çıxmayacağımı, pulunu verib ev aldığımı, Beytullanın da digər şəxslərdən pulunu almalı olduğunu söylədim. Həmin hadisədən təxminən 3-4 gün keçəndən sonra Natiq Alıyev zəng vuraraq bir nəfər cinayətkar saxladıqlarını, həmin şəxsin mənim adımı çəkdiyini bildirib nazirliyə çağırdı. MTN-in qəbul otağının ikinci mərtəbəsində Natiq Alıyevlə görüşdüm. Qəbul otağında Mais adlı tanışımın da orada olduğunu gördüm. Mais mənə xaricdən araq qapağı gətirdiyi üçün saxlanıldığını dedi. Mais əvvəllər mənə həmin araq qapaqlarından satıb, Natiq də mənə istehsal etdiyim araqları saxta aksizlə satdığımı bildirdi, cinayət məsuliyyətinə cəlb olunmamağım üçün məndən 200.000 manat pul istədi. Mən isə Natiqə saxta aksiz markalarından istifadə etmədiyimi desəm də, razılaşmayacağım təqdirdə Maisi mənim üzümə qoyub vəziyyətimin daha da pis olacağını söylədi. Bundan sonra Natiqlə 50.000 ABŞ dollarına razılaşdım, pulun danışılması prosesində Fizuli də iştirak etdi. Oradan çıxdıqdan bir neçə gündən sonra 50.000 ABŞ dolları pulu 15.000, 25.000 və 10.000 ABŞ dolları olmaqla 3 dəfəyə “Sultan” kafesində Fizulinin yanında Natiqə verdim. Pulları vermək üçün “Sultan” kafesinə gedəndə hər dəfə dostum Adil Budaqovu da özümlə aparırdım, o, maşında
gözləyirdi”.


Zərərçəkən şəxs istintaqa ifadəsində qeyd edib ki, pul verəndən sonra 2-3 ay evlə bağlı onu heç kim narahat etməyib: “2015-ci ilin iyul ayının əvvəllərində Natiq mənə zəng vurub təcili MTN-ə gəlməyimi tapşırdı. Natiqlə “Sultan” kafesində görüşdük. Görüş zamanı Natiq MTN nazirinin eləcə də, şöbə rəisinin sərt şəkildə ona tapşırıq verdiyini, evin qısa müddət ərzində Beytulla Hüseynova qaytarılmalı olduğunu bildirdi. Mən yenə də buna etiraz elədim. Natiq məsələnin son dərəcə ciddi olduğunu, onlarla razılaşmayacağım təqdirdə bütün əmlaklarımın əlimdən alına biləcəyini, məsələ ilə bilavasitə Eldar Mahmudovun və Sübahir Qurbanovun məşğul olduğunu bildirdi. Bir qədər sonra Fizuli də bizim yanımıza gəlib Natiqin dediklərini təkrarladı.

Bir neçə gün sonra Natiq yenə zəng vuraraq Ələddinin MTN-də olduğunu dedi və telefonu Ələddinə verdi. Ələddin MTN-dən çıxandan sonra görüşməyi planlaşdırdıq. Onlar həmin gün Ələddinlə görüşərək evi qaytarmaq barədə razılığa gəlmişdi, daha sonra Natiqlə yenidən görüşüb evin girovdan çıxarılması üçün banka 300.000 manat əsas borc, 218.000 manat faiz borcunun ödənilməli olduğunu, o cümlədən əsas borcun mənim tərəfimdən, faiz borcunun isə Ələddin tərəfindən ödənilməli olduğunu dedilər. 2015-ci ilin iyul ayının 20-də 300.000 manat pulu MTN-nin yaxınlığında yerləşən “Naxçıvan” restoranında Natiqə verdim, pulu apararkən dostum Adil Budaqov və işçim Azər Cəlalov da mənimlə getdi. Pulu Natiqə verdikdən bir qədər sonra Fizuli də oraya gəldi. Onlar pulu banka ödəyib evi girovluqdan çıxaracaqlarını, eyni zamanda banka ödəniləcək faizləri Ələddinin ödəməyə razılıq verdiyini bildirdilər. Mən 300 000 manatı Natiqə verən zaman ondan Beytulla ilə danışıb evdən bir qədər gec çıxmağıma dair razılıq almasını xahiş elədim. Natiq də məzuniyyətə çıxdığını bildirərək, həmin məsələni qayıdandan sonra həll edəcəyinə dair söz verdi.

Bir neçə gün sonra Ələddin zəng vurub evin banka olan borc və faizlərinin ödənildiyini, evin Beytullanın qohumu olan Tariyel Zamanovun adına rəsmiləşdirildiyini dedi. Təxminən 2015-ci ilin avqust və ya sentyabr ayında Natiq Alıyevin təşkilatçılığı ilə Beytulla ilə Alov qüllələri kompleksinin birinci mərtəbəsində yerləşən restoranda görüşdük. Görüş zamanı Beytulladan təmir üçün çəkdiyim 250.000 manat pulu qaytarmasını tələb etdim. Beytulla isə mənə heç bir məbləğdə pul verməyəcəyini bildirdi, bu işə görə əsəblərinin korlandığını, Eldar Mahmudova 100.000 manat pul verdiyini dedi. Mən həmin evi pul verib aldığımı, evin haqsız yerə hədə-qorxu ilə əlimdən alındığını desəm də, Beytulla mənə olanların arxada qaldığını, 2016-cı ilin yanvar ayının 10-dək həmin evdə qalmağıma icazə verdiyini dedi. O, mənə “2-3 aya kimi gör biz kim olacağıq” ifadəsini işlədib sağollaşıb getdi”.

Zərərçəkən qeyd edib ki, bu hadisədən bir müddət sonra Fizuli, Natiq və Vaqif “Sultan” kafesində görüşüb. Görüş zamanı Fizuli ilə Natiq evin tam pulunu, yəni 823.000 manatı ona qaytarmağı Vaqifdən tələb edib: “Vaqif əlində nağd pulunun olmadığını bildirdikdə, Natiqlə Fizuli əmlakları onların adlarına keçirməsini tələb etdilər. Vaqif də əmlakların sənədlərinin qısa müddət ərzində hazır olacağını və ondan sonra əmlakları onların adına keçirəcəyinə söz verdi, hətta pulun bir qisminin əvəzinə un da verəcəyini bildirdi. 17 oktyabr 2015-ci il tarixdə Eldar Mahmudovun vəzifədən azad edilməsindən sonra Natiq Alıyev, Fizuli Əliyev və Beytulla Hüseynov həbs olundu, mən da bundan sonra İmran Abdullayev vasitəsi ilə evin Tariyel Zamanova satılması ilə əlaqədar bağlanmış müqavilənin ləğv olunması barədə məhkəmədə iddia qaldırdım və Xətai rayon məhkəməsinin qərarı ilə həmin evin alqı-satqı müqaviləsi ləğv olundu”.Lent.az



2408 dəfə oxunub.

Digər xəbərlər
28-04-2016, 19:35 Prezidentdən təbrik

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
23-13+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
28-02-2017
bütün xəbərlər
«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
____ Instagram ___