Qafqaz Universitetinin adı dəyişdiriləcək
Tarix: 15-12-2016 | Saat: 14:27
Bölmə:Karusel / Təhsil / Bizim seçim | çapa göndər
Türkiyəli tələbələrin narazılıqlarını nəzərə alaraq, yaxın gələcəkdə Qafqaz Universitetinin adının dəyişdirilməsi gözlənilir.
Qafqaz Universitetinin rektoru Havar Məmmədov APA-ya bildirib ki, bu gün ada görə Türkiyə universitetləri ilə müxtəlif problemlər yaranır. Onun sözlərinə görə, tələbələr mütəmadi olaraq universitetin adının dəyişməsi ilə bağlı rektorluğa müraciətlər edirlər. Bu tələbələrin Türkiyə ali məktəblərində qəbul edilmədiyini deyən H.Məmmədov bildirib ki, bütün narahatlıqlar həm Azərbaycanın, həm də Türkiyənin müvafiq qurumlarına çatdırılıb: “Türkiyəli üç tələbə Qafqaz Universitetindən çıxaraq, Türkiyədə təhsilini davam etdirmək istəsə də, qəbul olunmayıb. Nəticədə onlar yenidən Azərbaycana qayıdaraq, Qafqaz Universitetində təhsillərini davam etdirirlər. Hazırda ali məktəbdə 95 türk tələbə təhsil alır. Son bir ayda 10-a yaxın tələbə bildirib ki, mövcud vəziyyətdən valideynləri də narahatdır”.
Rektor əlavə edib ki, Qafqaz Universiteti ilə Türkiyə universitetləri arasında olan tələbə mübadiləsi, kadr hazırlığı, müəyyən təqaüdlər dayandırılıb, bəzi müqavilələrə xitam verilib: “Mən də tələbələrin narazılıqları və yaranmış vəziyyətlə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırmışam. İnanıram ki, yaxın vaxtlarda universitetin adının dəyişilməsi məsələsi həllini tapacaq, diplomlar tanınacaq. Universitetin gələcək inkişafı üçün də bu məsələ lazımdır. Ancaq indidən universitetin yeni adının nə olacağını indidən demək çətindir”.
Xəbəri paylaş
5968 dəfə oxunub.
Digər xəbərlər

4-07-2018, 12:39
Vergilər Nazirliyində ciddi dəyişiklik - Müşavir işdən azad edildi
7-05-2016, 21:15
Medvedyev MDB nazirlərinə məktub göndərdi
15-01-2018, 14:18
Haqq nədir, batil nədir?
16-11-2018, 14:36
Dövlət qulluğuna işləmək istəyənlər! - Noyabrın 24-də imtahan var
10-07-2015, 17:34
İyulun 14-də I və IV qruplar üzrə qəbul imtahanı keçiriləcək
10-05-2019, 17:00
Mahir atasından və soyadından imtina etdi
18-08-2017, 11:39
"Uşağımız olsun deyə evlənmişik" - Kıvanç
5-03-2020, 20:06
Braziliya Ciu-Citsu növü üzrə beynəlxalq turnir keçirilib.
15-02-2022, 22:26
"Nəcməddin Sadıkov azad edilən əraziləri ermənilərə qaytarmağı əmr etdi" - GENERALDAN AÇIQLAMA
22-03-2016, 11:56
Avropanın göbəyində partlayış - YENİLƏNİB - VİDEO - FOTO