Pensiyalar artacaq, yeni iş yerləri açılacaq
Tarix: 29-11-2016 | Saat: 11:12
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Gələn il pensiyaların həcmində artımlar ola bilər. Çünki gələn il üçün bu məqsədlə ayrılan pul nisbətən çoxdur.
Bunu Milli Məclisin komitə sədri Hadı Rəcəbli "Azərbaycanın 2017-ci il və gələn 3 il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası "nı "Xəzər Xəbər"ə şərh edərkən deyib.
Hadı Rəcəblinin dediyinə görə, Azərbaycanda heç bir sosial xərc azaldılmayıb, əksinə bütün sosial yönümlü xərcləmərlərdə yüksəlmə var. Bunu elə bu məqsədlər üçün növbəti ilin büdcəsində nəzərdə tutulan rəqəmlər də təsdiqləyir. Belə ki, bu il sosial yönümlü xərclər 1 milyard 800 milyon manat təşkil etdiyi halda, gələn il həmin məqsədlər üçün 2 milyard vəsaitin ayrılması nəzərdə tutulub. Konsepsiyada əsas diqqətçəkən məqamlardan biri də geniş şəkildə özünəməşğulluq proqramlarının icrasıdır.
Parlamentin komitə sədrinin sözlərinə görə, məşğulluğun təmin edilməsi üçün tikinti sektorunu canlandıracaq addımlar da atılacaq.
Bu il mövcud olan 492 manatlıq orta aylıq əməkhaqqının da gələn il artaraq 508 manat təşkil edəcəyi gözlənilir.
İqtisadi-Sosial İnkişaf Konsepsiyasında nəzərdə tutulan tədbirlərin necə həyata keçirilməsi isə büdcə müzakirələrdən sonra dəqiqləşəcək.
Xəbəri paylaş
7098 dəfə oxunub.
Digər xəbərlər

3-04-2017, 20:43
ANS-in işi yenidən MƏHKƏMƏDƏ - Qərar nə olacaq?
18-01-2016, 23:45
Bakıda qardaş qardaşı bıçaqla ürəyindən vurdu
26-11-2020, 13:12
Xankəndi hava limanına kim nəzarət edəcək ?
9-03-2016, 15:02
''Novruz bayramına qədər əfv olacaq''
18-07-2017, 13:21
“iPhone 8”-in yeni şəkilləri yayıldı - FOTOLAR
15-11-2017, 10:55
ABŞ-ın Bakıda dərman almamaq xəbərdarlığı... - Nazir müavini
22-12-2015, 21:32
İlham Əliyev: Azərbaycanla Əfqanıstan dost ölkələrdir
8-12-2015, 12:10
Bakının bu binası yasa büründü - O neftçi dəfn edilir - FOTO
14-03-2016, 16:07
Azərbaycanda siqaret qıtlığı: tütün məhsulları bahalaşdı
10-07-2019, 16:16
Qanunsuz ət kəsimi yerləri sökülür - Foto