"Anadan olandan öyrətmişəm" - Ailənin soyuq havadakı dəniz sevgisi - VİDEO
Tarix: 07-11-2016 | Saat: 16:50
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Soyuq su immuniteti gücləndirir və uşaqlar heç vaxt iynə, dərman görmürlər
Soyuq havada dənizdə çimmək İsgəndərovlar ailəsinin ən sevimli məşğuliyyətidir.
ARB Şimal xəbər verir ki, Xaçmazın Üçgün kəndində yaşayan bu ailənin üzvləri dənizə, əsasən, payız və qış aylarında gedirlər. 55 yaşlı Süleyman İsgəndərov 3 azyaşlı övladını körpəlikdən soyuq suda çimməyə vərdiş edib.
Ailənin böyük oğlu İsgəndərin 11 yaşı var. Güləş və kikboksla məşğul olan azyaşlı çıxış etdiyi yarışlarda dəfələrlə birinci yeri qazanıb. İsgəndər qış aylarında məşqlərini imkan olduğu qədər dəniz kənarında edir. İsgəndərin qardaşı Qədir və bacısı Dəniz də ondan geri qalmırlar.
Uşaqların atası Süleyman İsgəndərov özü də 40 ilə yaxındır güləşlə məşğul olur. O, qışda dənizə girməyin uşaqlarda immuniteti gücləndirdiyini deyir.
Süleyman İsgəndərov - Xaçmaz sakini: "Anadan olan ilk günlərdən onlara soyuq suda çimməyi öyrətmişəm ki, sağlam olsunlar. Soyuq su immuniteti gücləndirir və uşaqlar heç vaxt iynə, dərman görmürlər".
Süleyman İsgəndərov soyuq havada dənizdə çimməyi hamıya tövsiyə etmir. Bunun üçün mütəmadi məşq edib soyuq suya vərdiş olmaq lazımdır. Əks halda bu xəstəliklə nəticələnə bilər.
Xəbəri paylaş
8608 dəfə oxunub.
Digər xəbərlər

6-02-2018, 11:16
"Bitcoin" kəskin UCUZLAŞDI
15-07-2023, 10:41
45 dərəcə istiyə dözməyən şəxs günəşi DAŞLADI - VİDEO
17-03-2017, 14:32
Lalə Məmmədova: "Bundan gözəl hədiyyə olmazdı" - FOTO
10-09-2022, 11:58
Məşhur professordan MARAQLI TÖVSİYƏ: Yatağın altına sabun qoyun
28-08-2016, 00:30
9 il elə bildilər ki, hamilədir - FOTOLAR
30-10-2018, 16:00
Bu gün, oktyabrın 30-u, Ərbəindir - Aşuranın 40-cı günü
11-03-2017, 14:38
BDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıb
2-04-2019, 20:28
Hacı Nuran yenidən Almaniyada əməliyyat olunacaq
15-08-2015, 00:58
Səhiyyə Nazirliyindən ölən jurnalistin həkimi haqda Açıqlama