Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Məktəbəqədər təhsil haqında qanun layihəsi müzakirədə
Tarix: 07-11-2016 | Saat: 16:32
Bölmə:K, Gündəm, Təhsil | çapa göndər

Məktəbəqədər təhsil haqında qanun layihəsi müzakirədə

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Təhsil məsələləri üzrə İşçi Qrupu təhsil ekspertlərinin və aidiyyəti QHT rəhbərlərinin iştirakı ilə “Məktəbəqədər təhsil haqında” qanun layihəsinin ictimai müzakirəsini keçirib.

"Xəbəraz.az " xəbər verir ki, toplantıda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın Milli Məclislə əməkdaşlığı çərçivəsində ölkənin qanunverici orqanının gündəliyində olan müxtəlif qanunların ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirəsini təşkil etdiyini deyib. F.Qurbanov təhsilin bütün cəmiyyələr üçün ən önəmli məsələ olduğunu və bu cəhətdən müvafiq istiqamət üzrə fəaliyyət göstərən QHT-lərin “Məktəbəqədər təhsil haqında” qanun layihəsi ilə də bağlı rəy və təkliflərini bildirməsinin vacibliyini vurğulayıb.

Şuranın Təhsil məsələləri üzrə İşçi Qrupunun rəhbəri, XXI Əsr Təhsil Mərkəzinin sədri Etibar Əliyev, Azərbaycan Müəllimlər Şurasının sədri, prof. Əjdər Ağayev, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü, BDU-nun professoru Şahlar Əsgərov, İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı, Ekoloji maarifçilik və monitorinq İB-in sədri Qəmzə Yusubova, “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Nəsirova, “Potensial” Sumqayıt mütəxəssislər İctimai Birliyinin sədri Sahib Fərzəliyev və digər QHT təmsilçiləri çıxış edərək qanunun ictimai müzakirəsinin keçirilməsinə görə Şuraya təşəkkürlərini bildirərək, bunun cəmiyyətimiz üçün böyük faydasının olacağına inandıqlarını deyiblər.

Çıxış edən ekspertlər məktəbəqədər təhsil və tərbiyə müəssisələri ilə bağlı qanun layihəsinin müzakirəsinin təhsil tariximizdə mühüm hadisə olduğunu bildirərək, ictimai şüurun bazasını formalaşdıran uşaq bağçalarının gələcək yüksək səviyyəli kadrların hazırlanmasındakı rolundan danışıblar.

QHT rəhbərləri məktəbəqədər müəssisələrin uşaqların ətraf mühitlə tanış edilməsi, insanlara sevgi hissinin oyadılması, dünyagörüşünün formalaşdırılması və inkişafını həyata keçirməli olduğunu bildirərək qanun layihəsinin müxtəlif maddələrinə dəyişikliklər edilməsi ilə bağlı təkliflərini səsləndiriblər.

Müzakirələr zamanı sözügedən qanun layihəsindəki bəzi müddəaların və terminologiyanın məktəbəqədər təhsilin mahiyyətinə uyğun olmadığı və daha sadə, bütün vətandaşların asan anlayacağı şəkildə hazırlanmasının vacibliyi qeyd edilib. Toplantıda həmçinin qeyd olunub ki, məktəbəqədər təhsil və tərbiyə müəssisələrində ana dilimizin təbliğinə xüsusi diqqət ayrılmalıdır.

F.Qurbanov irəli sürülən rəy və təkliflərin İşçi Qrup tərəfindən Milli Məclisin müvafiq komitəsinə çatdırlacağını deyib.



1438 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
5+17-2=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
28-02-2017
bütün xəbərlər
«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
____ Instagram ___