Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Hamilələr, DİQQƏT: payız yorğunluğundan bu cür qurtulun
Tarix: 18-10-2016 | Saat: 11:55
Bölmə:Karusel / Qadın dünyası / Fotogalereya | çapa göndər

Hamilələr, DİQQƏT: payız yorğunluğundan bu cür qurtulun
Payızın gəlişi ilə havalar gündən günə soyuyur. Hamilələr isə mövsüm dəyişikliklərindən daha çox təsirlənirlər. Türkiyəli qadın xəstəlikləri mütəxəssisi Koray Altunay bu keçid dövründə hamilələrin depressiya və digər xəstəliklərə qarşı diqqətli olmasını vacib hesab edir. Aile.lent.az həkimin hamilələrə bir neçə məsləhətini təqdim edir.

Mövsüm keçidlərində yorğunluq artır

Mövsüm dəyişiklikləri depressiya ilə yanaşı bədəndə bir çox dəyişikliklərə də səbəb olur. Bu dəyişikliklər hamilə qadınlarda daha diqqətə çarpan formada özünü göstərir. Buna görə də hamilələr mövsüm keçidlərində digər insanlara nisbətən iki qat daha çox yorğunluq hiss edirlər. Halsızlıq, istəksizlik, əsəbilik yaranır. Bu dövrdə yataqdan qalxmaq və gündəlik işləri görmək daha da çətinləşir: “Mövsüm keçidləri demək olar ki, hər kəs üçün həddindən artıq yorğunluq hissi deməkdir. Hamiləlik hormonlarının təsiri altında olan qadın isə içinə girdiyi yeni prosesin psixoloji təsirləriylə birlikdə özünü normaldan daha çox halsız, istəksiz, bəlkə də əsəbi hiss edə bilər. Bu dövrdə hamilələrin hiss etdiyi həddindən artıq yorğunluq əsasən hormonlardan qaynaqlanır. Bununla yanaşı, qansızlıq, tiroid hormon çatışmazlığı kimi xəstəliklərin olması bu prosesi bir az daha ağırlaşdırır”.

Hormonal dəyişikliklər qıcıqlandırıcı olur

Hamiləlikdən qaynaqlanan yorğunluqla payız yorğunluğu bir-birindən tamamilə ayrı hallar deyil. Bu dövrdə progesteron hormonu hamilənin bir az daha kədərli olmasına, hətta özünü bədbəxt hiss etməsinə səbəb olur: “Bədəndə su çoxalır, bağırsaq hərəkətləri yavaşlayır, əl və ayaqlarda şişlik yaranır. Payız yorğunluğu ilə yanaşı hamiləliyin qadına verdiyi stress, uşağın sağlam olub-olmamaq narahatlığı, həm işləyən, həm də evdar hamilələrin xərclədiyi enerji, insanın bazal metabolizmasının artması kimi faktorların də təsirli olduğunu unutmayın”.

Həkim payız yorğunluğundan xilas olmaq üçün bəzi məsləhətlər verib. Mütəxəssisin sözlərinə görə, həyat şərtləri nə qədər yaxşı və təbiiliyə yaxın olarsa, hamilələr mövsüm dəyişikliyini bir o qədər asan yaşayar.

Payız yorğunluğunu daha rahat keçirmək üçün:

* Daha sakit bir həyat seçin
* Ekologiya, ev və iş yerində yaşanan çətinlikləri azaldın
* Gün ərzində işləri daha az planlaşdırın
* Səhər və axşam 30-40 dəqiqə təmiz havada piyada gəzin, yoqa, pilates kimi bədəni və ruhu stressdən uzaqlaşdıran məşqlər edin
* Sağlamlıq problemi və ya hər hansı bir maneə yaradacaq ünsür yoxdursa, qısa müddətli tətillərə çıxmaq məsləhətdir



2378 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
5+17-2=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
24-07-2017
bütün xəbərlər
«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
____ Instagram ___