Hava bu tarixdən kəskin soyuyur - Qar, yağış, dolu... Xəbərdarlıq
Tarix: 16-10-2016 | Saat: 11:03
Bölmə:Karusel / Gündəm | çapa göndər
Oktyabrın 15-dən 18-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv, 17-də isə yağışın güclü olacağı, şimşək çaxacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan xəbərdə bildirilir ki, şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək, 17-də gecə 8-10, gündüz 10-12 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə oktyabrın 15-dən ikinci ongünlüyün sonunadək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə oktyabrın 17-18-də 4-6 dərəcə aşağı enəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Sabaha olan hava proqnozuna görə isə Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 12-14, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 15-də şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-14, gündüz 15-18, dağlarda gecə 2-7, gündüz 7-12 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə oktyabrın 15-17-də Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi, yağışlı, güclü küləkli havanın üstünlüyü və iqlim normasından aşağı temperatur rejimi meteohəssas insanlar üçün əlverişsizdir.
Xəbəri paylaş
1 3298 dəfə oxunub.
Digər xəbərlər

17-01-2017, 23:02
Sağlamlığa güc verən qidaların siyahısı
19-04-2016, 14:20
Bakı Vaşinqtonla əməkdaşlığı gücləndirir
26-02-2016, 14:15
Sərnişin təyyarəsi qəzaya uğradı: 9 nəfər itkin düşüb
18-06-2016, 13:49
Gömrük gümüş dəyənək aşkar etdi
3-07-2018, 16:01
Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti tam bərpa edildi
15-06-2016, 13:03
Klinton Vaşinqtonda qalib gəldi
25-01-2023, 11:11
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var
15-05-2021, 14:20
Ağızda acı, turş, şirin dad hansı xəstəliyin əlamətidir?
15-10-2016, 15:50
Leyla Əliyevanın qızı Əminə ilə yeni fotosu (FOTO/VIDEO)
10-08-2018, 18:31
"Azərbaycanda manatın məzənnəsinin dəyişəcəyi ilə bağlı xəbərlər şayədir"— Deputat