Əli Kərimlinin köməkçisi 3 aylıq həbs edildi
Tarix: 22-08-2016 | Saat: 19:39
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bu gün Nəsimi rayon Məhkəməsində AXCP sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirli barəsində həbs-qətimkan tədbiri seçilib.
"Xəbəraz.az "-ın məlumatına görə, prosesdə müstəntiq Faiq Əmirli barəsində 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsini istəyib. Hakim müşavirəyə gedib. Qərara əsasən Faiq Əmirli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
F.Əmirli avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb. O
Daha sonra F.Əmirliyə qarşı Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.
***
12:09
Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin yayım işləri üzrə direktoru Faiq Əmirliyə qarşı yeni ittiham irəli sürülüb. Onun barəsində şübhəli şəxs qismində saxlanma ittihamı təqsirləndirilən şəxsə dəyişdirilib.
"Xəbəraz.az "-ın məlumatına görə, yeni ittihamda F. Əmirli dini ayinlərin icrası zamanı vətəndaşları iğtişaşa sövq etmə və ya onların hüquqlarına qəsd etmədə təqsirli bilinir.
O da bildirilir ki, ittiham aktında F.Əmirli Fətullah Gülən Hərəkatının Azərbaycandakı imamı kimi təqdim olunur.
Xatırladaq ki, F.Əmirli maşınından Gülenə aid kitab və CD-lər çıxarıldığı üçün şübhəli şəxs qismində saxlanılıb.
Xəbəri paylaş
6768 dəfə oxunub.
Digər xəbərlər

3-04-2016, 19:48
Astanadan Qarabağ çağırışı
25-10-2015, 13:23
Antiperspirant alarkən diqqətli olun!
20-09-2016, 16:11
Kimlər tibbi sığorta haqqı ödəməyəcək? - Açıqlama
10-10-2016, 19:54
Nazir: “Qarabağ konflikti belə həll olunmalıdır”
27-01-2017, 18:35
Ramil Usubov: "2017-ci ildə qarşıda çox mühüm vəzifələr durur" - FOTO
1-12-2016, 18:39
Leyla Əliyevanın ailəsində xoş gün: Əkizlərinin ad günüdür - FOTO
8-06-2016, 15:41
Azərbaycanda ərzaq məhsulları ucuzlaşıb
11-03-2016, 12:55
Zakir Həsənov ön xəttə getdi - FOTO