Olimpiya Oyunlarının açılış mərasimindən ilk görüntülər - VİDEO
Tarix: 05-08-2016 | Saat: 18:24
Bölmə:Karusel / İdman | çapa göndər
Bu gün Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına start veriləcək.
"Xəbəraz.az " xəbər verir ki, mötəbər yarışın açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 03:00-da başlayacaq. “Rio-2016” Yay Olimpiya Oyunlarının açılış mərasimi "Marakana" stadionunda keçiriləcək. Təntənəli açılışı təxminən 3 milyard insan izləyəcək. Oyunların açılış mərasimini gecə saytından canlı yaymdan izləyə bilərsiniz.
Qeyd edək ki, planetin 205 ölkəsinin 12 500-ə yaxın idmançısı 17 gün ərzində Braziliyanın stadionlarında qalibiyyət uğrunda mübarizə aparacaq. Azərbaycan millisinin bayraqdarı boksçu Teymur Məmmədov olacaq. Olimpiya məşəlini əfsanəvi futbolçu Pelenin alovlandırması gözlənilir.
XXXI Yay Olimpiya Oyunlarında yığma komandamız əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə təmsil olunacaq. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Azərbaycan triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunacaq.
Olimpiadada ölkəmizi təmsil edəcək 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olacaq. Komandamız daha geniş beynəlmiləl tərkibə malikdir və əsasən titullu idmançılardan ibarətdir. Onların əksəriyyəti nüfuzlu beynəlxalq idman yarışlarında lisenziya qazanmaqla yanaşı, eyni zamanda, həmin yarışların qalibi olaraq dünya və Avropa çempionları adına layiq görülüb.
Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, 3 hakimlə də təmsil olunacaq. Bundan başqa, idmançılarımızı 34 məşqçi, 6 həkim, fizioterapevtlər, texniki işçilər və digərləri müşayiət edəcək.
Xəbəri paylaş
7008 dəfə oxunub.
Digər xəbərlər

5-07-2020, 22:32
I-IV, V ixtisas qrupları və kolleclərə qəbul imtahanları keçiriləcək
13-06-2016, 18:26
ABŞ da daxil olmaqla dünya ölkələri… - PA rəsmisi
13-07-2017, 11:48
DİN-dən "Qarabağ"ın azarkeşləri ilə bağlı AÇIQLAMA
13-04-2015, 15:11
Sabah qaz problemi olacaq
15-07-2017, 18:51
“Cəhənnəmə gedən özünə yoldaş axtarar...” - Tağı Əhmədov
8-09-2017, 23:25
Azərbaycan toylarında yeni ənənə formalaşır - VİDEO
29-11-2018, 11:21
Qənirə Paşayevanın vəziyyəti necədir?-Açıqlama
27-03-2023, 10:59
Bakı bulvarında intihar edən şəxs müəllim imiş - FOTO