Borjomini sel basdı
Tarix: 16-06-2016 | Saat: 20:20
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Dünya şöhrətli kurort şəhərində küçələrdə suyun hündürlüyü 40 sm-ə çatır.
ANS-in məlumatına görə, intensiv yağışlar, güclü dolu, daşqın Gürcüstanda xeyli problemin yaranmasına da səbəb olub. Dünyaşöhrətli kurort şəhərinin bəzi küçələrində suyun hündürlüyü 40 sm-ə qədər qalxıb.
"Şəhərin bir çox rayonunda küçələri, evlərin zirzəmilərini su basıb. Kanalizasiya quyuları su axınını təmizləməyi çatdırmır", - deyə Borjomi şəhər bələdiyyəsindən məlumat verilib. Hələ də zirzəmilərə yığılan suyun təmizlənməsi üçün işlər aparılır.
Dolu ölkənin kənd təsərrüfatına, meyvə bağlarına da ciddi ziyan vurub. Evlərin dam örtükləri və pəncərələri qırılıb.
Anoloji vəziyyət Qoridə də hökm sürür. Xüsusilə Kvarxeli kəndində yaşayanlara daha çox ziyan dəyib. Bu kənddə məhsulun 80 faizi məhv olub. Şahidlərin sözlərinə görə, 10 dəqiqə davam edən dolu o qədər güclü və iri olub ki, üzümlüklər, ağaclar, demək olar ki, tamamilə məhv olub.
Xoşbəxtlikdən təbii fəlakət nəticəsində insan itkisi qeydə alınmayıb. Yaradılan xüsusi komissiya dəyən ziyanın miqdarını müəyyən edir.
Xəbəri paylaş
7738 dəfə oxunub.
Digər xəbərlər

3-03-2019, 12:34
Aprel şəhidimizin anası vəfat etdi - FOTOLAR
30-05-2018, 09:57
22 yaşlı modeldən cazibədar fotolar
15-11-2015, 12:06
7 yaşlı qıza 48 milyonluq üzük
4-07-2022, 11:42
Bakıda adam oğurluğu - Saxlanılanlar var
5-06-2018, 10:55
İntihar edən tələbənin anası: "Depressiyadan əziyyət çəkirdi”
7-10-2016, 22:16
Qanunsuz torpaqlar geri alınacaq
7-08-2021, 11:38
Bakı Dövlət Sirkinin ərazisini zəbt etmiş "KOBRA"... - Və nazirliyin gecikən cavabı...
2-02-2023, 11:47
“İndi məni cəlb edəcək deputat yoxdur” - Səidə Sultan
17-06-2016, 15:18
Dünya ulduzu Türkiyədə ölümdən döndü
8-04-2017, 11:49
Damla yeni klipini təqdim etdi (VİDEO)