Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiya azarkeşlərinin rəhbəri Fransadan qovulur
Tarix: 16-06-2016 | Saat: 14:36
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Rusiya azarkeşlərinin rəhbəri Fransadan qovulur
Ümumrusiya Azarkeşlər Birliyi (ÜAB) bildirir ki, təşkilatın rəhbəri Aleksandr Şprıqinin futbol üzrə Avropa Çempionatına ev sahibliyi edən Fransadan xaric edilməsi barədə qərar qəbul edilib.

Təşkilatın saytında deyilir ki, Fransa hakimiyyəti Marsel şəhərində saxlanılmış 40 Rusiya azarkeşindən 20 nəfərin xaric edilməsini qərara alıb. Onların arasında Aleksandr Şprıqinin adı da var. Məlumata əsasən daha 20 nəfər azad ediləcək.

TASS agentliyinə danışan Aleksandr Şprıqin deyib ki, söhbət, qayıtmaq hüququndan məhrum edən deportasiya yox, məhz “xaric edilməkdən” gedir. Rusiyalıların vizaları ləğv olunmayacaq.

MarseL şəhəri 20 rusiyalının xaric edilməsinə 5 gün vaxt ayırıb. ÜAB rəhbəri qərara qarşı şikayət verəcəyini bildirir.

Rusiya azarkeşlərinin avtobusu Marseille-ə gedərkən Fransa polisi tərəfindən saxlanılıb. İyunun 14-də baş verən hadisə Rusiyanın qəzəbli reaksiyasına səbəb olub.

Ötən şənbə günü Marsel şəhərində Rusiya və İngiltərə azarkeşləri arasında baş vermiş davadanan sonra Fransa hakimiyyəti rusiyalı azarkeşlərə xüsusi diqqət yetirir.

Marseldəki davanın ardınca 20-dən artıq adam həbs edilmişdi. Onların arasında Rusiya vətəndaşı yox idi. Fransa prokurorluğu hesab edir ki, davada iştirak edən 150-dək rusiyalı azarkeş yaxşı təşkilatlandığı üçün hadisə yerini tərk edə bilib.

BBC


Xəbəri paylaş

6888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___