Dünyanı idarə edənlərin gizli toplantısı başladı
Tarix: 10-06-2016 | Saat: 10:44
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Dünəndən etibarən Drezden şəhərində dünyanın ən müəmmalı təşkilatlarından biri olan Bilderberq klubunun görüşü başlayıb.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə informasiya Bilderberq klubunun rəsmi saytında yer alıb. Bu il konfransda 20 ölkədən 130 nəfər iştirak edir. Görüşə daha çox ABŞ-dan nümayəndələr çağırılıb. Bundan başqa, tədbirdə Almaniyanı Maliyyə naziri Volfanq Şoyble, Müdafiə naziri Ursula fon der Lyayen və Daxili İşlər naziri Tomas de Mezyer təmsil edir. Üstəlik, Almaniyanın “Doyçe Bank” və “Siemens” şirkətlərinin rəhbərləri də tədbirə qatılacaq. Görüşdə həmçinin Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard, Türkiyə Baş nazirinin müavini Məhməd Şimşək də iştirak edəcək. Bilderberq klubunun görüşündən Almaniya kansleri Angela Merkel, Xarici İşlər naziri Frank Valter Ştaynmayer və İqtisadiyyat naziri Ziqmar Qabriel imtina edib. Bu il görüşdə Rusiyanı heç kim təmsil etməyəcək.
Klubun bu ilki əsas müzakirə mövzuları Çin, Avropa Birliyindəki miqrasiya böhranı, Yaxın Şərqdəki hadisələr, Rusiya, ABŞ-da seçkilər, enerji qiymətləri və kibertəhlükəsizlik olacaq.
Qeyd edək ki, Bilderberq klubu 1954-cü ildə yaradılıb. Klubun görüşü keçən il Avstriyada keçirilib. İndiyə qədər klubla bağlı heç bir səhih informasiya yoxdur. Bununla belə, klubun adı ingilis əks-kəşfiyyat qurumu olan Mi6-nın keçmiş zabiti, ingilis yazar Con Kolemanın “300-lər komitəsi” adlı kitabında dünyanı idarə edən gizli təşkilatlardan biri kimi çəkilir.
Xəbəri paylaş
8478 dəfə oxunub.
Digər xəbərlər

12-01-2018, 11:53
78 yaşlı kişi ailəsi ilə dalaşdı, özünü qayadan atdı-Qubada
24-08-2015, 22:51
Telman İsmayılovdan 213 milyon dollar tələb edirlər
2-06-2016, 18:03
Hacıqabul sakinindən 19 kilo narkotik çıxdı
5-03-2016, 09:44
Dollar rekord həddə bahalaşdı (RƏSMİ)
7-11-2018, 16:54
Fədayə Laçın prokurorun istədiyi cəza müddəti ilə razı deyil
19-06-2021, 12:36
Bazar günü 40 dərəcəyədək isti olacaq
1-07-2021, 23:17
“NEXT” mağazası pulsuz işçi işlətməyin yeni yolunu tapıb – İDDİA