AB Bakıda rəsmi qəbul keçirdi
Tarix: 16-05-2016 | Saat: 23:30
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi mayın 15-də Bakıda Avropa Günü münasibətilə rəsmi qəbul təşkil edib.
"Xəbəraz.az " xəbər verir ki, tədbirdə çıxış edən Avropa Birliyinin ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir xanım Malena Mard Azərbaycan ilə AB arasında mövcud əlaqələrin tarixindən danışıb. Qeyd edib ki, bu il ikitərəfli münasibətlərin qurulmasının 25 ili tamam olur. Avropa Birliyinə üzv 28 dövlət demokratiya, sülh və gələcək naminə birlikdə çalışır. Qurum sərhədyanı ölkələrlə də sıx əməkdaşlıq edir. M.Mard əlavə edib ki, tərəflər uzun müddət nəqliyyat, kommunikasiya və digər sahələr üzrə münasibətlərin daha da genişləndirilməsi məsələsi üzərində çalışırlar. AB qürur duyur ki, ticarət sahəsində Azərbaycanın ən böyük tərəfdaşı və sərmayədarıdır. İttifaq bununla kifayətlənməyərək qarşılıqlı münasibətləri daha da inkişaf etdirməyə çalışır.
Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev çıxışında ölkəmizlə AB arasında əməkdaşlığın daha da inkişafı üçün yaxşı imkanların olduğunu vurğulayıb. Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə AB-nin verdiyi dəstəyə görə təşəkkür edən M.Məmmədquliyev İttifaqın bu istiqamətdə fəaliyyətini gələcəkdə də davam etdirəcəyinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verəcəyinə əminliyini bildirib. 2006-cı ildə Azərbaycanla AB arasında enerji sahəsində strateji tərəfdaşlıq sənədinin imzalandığını deyən nazir müavini qeyd edib ki, artıq bunun nəticələri özünü göstərir. Azərbaycan gələcəkdə də təşkilatın enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək. Hazırda strateji tərəfdaşlıqla bağlı yeni sazişin başlanmasına görə danışıqların aparıldığını deyən M.Məmmədquliyev bu sənədin ikitərəfli əlaqələrin inkişafına daha da təkan verəcəyini diqqətə çatdırıb.
Xəbəri paylaş
7388 dəfə oxunub.
Digər xəbərlər

25-04-2016, 21:10
Gürcüstanda azərbaycanlı gənc özünü asdı
31-03-2016, 22:19
“Adam əlinə dəsmal alıb, ağlamaq istəyir...” — YAP-dan sərt cavab
6-05-2017, 18:46
Əməköməcinin sağlamlıq üçün 7 FAYDASI
24-06-2018, 21:34
Azərbaycanda zəlzələ baş verdi
5-08-2016, 15:34
Qocalmanı ləngidən “CAVANLIQ İÇKİSİ”
10-05-2016, 19:26
ABŞ-ın hazırlığını alqışlayırıq - Zaxarova
12-10-2020, 22:16
Daha 45 erməni hərbçi məhv EDİLDİ
25-03-2015, 15:30
Səudiyyə Ərəbistanı Yəmən sərhədinə qoşun yeritdi Müharibəmi başlayır???
7-08-2020, 20:41
Hindistanda təyyarə qəzası; ölənlər var - VİDEO (YENİLƏNİB)
11-12-2018, 14:14
Vanqanın 2019-cu il PROQNOZLARI - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami...