Tanınmış şair 10 il azadlıqdan məhrum edildi
Tarix: 16-05-2016 | Saat: 18:22
Bölmə:Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu gəlməkdə təqsirləndirilən şair Saday Şəkərlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Report xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin müdafiəçiləri Fəxrəddin Mehdiyev və Bəhruz Bayramov müdafiə çıxışı ediblər.
Vəkillər S.Şəkərlinin əməlində cinayət işinin olmadığını və onun barəsində bəraət hökmü çıxarılmasını istəyiblər.
Daha sonra S.Şəkərli son sözlə çıxış edib. O, ittihamlarla qəti şəkildə razılaşmadığını deyib.
Hakimlər müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər kollegiyası hökm oxuyub.
Məhkəmənin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında S.Şəkərlinin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, 2015-ci il dekabr ayının 24-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Xəbəri paylaş
7618 dəfə oxunub.
Digər xəbərlər

17-09-2015, 15:26
Yeni qatar qadını öldürdü
15-06-2015, 01:27
HER AN OLUM TEHLUKESI. (FOTO)
27-05-2019, 11:20
Bakıda özünü binadan ataraq öldürən gənc qızla oğlanın KİMLİYİ MÜƏYYƏNLƏŞDİ - ADLAR
10-08-2019, 10:36
Normal bədən çəkisinin hesablanma qaydası - Bunu bilirdiniz?
28-12-2019, 11:08
Salyanda polis özünü yandırmağa cəhd etdi — FOTO
6-05-2022, 11:21
88 yaşlı ingiltərəli qadını azərbaycanlı gəncin adı ilə aldadıblar - 76 min manat... - VİDEO
30-10-2018, 17:15
Beyləqan və Şamaxıya yeni icra başçıları GƏTİRİLDİ
3-10-2015, 16:38
Öncəgörücünü parodiya etdi – video
3-01-2019, 10:55
4 günlük istirahət bitdi
5-10-2017, 20:35
Sosial şəbəkələrdə gündəmə çevrilən "4 noyabr"da nə olacaq?