Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
FHN-dən yanan məktəb binası ilə bağlı məlumat - Yeniləndi
Tarix: 02-05-2016 | Saat: 20:05
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

FHN-dən yanan məktəb binası ilə bağlı məlumat - Yeniləndi
Bu gün saat 16:30 radələrindən başlayaraq Tovuz rayonunun Alakol kəndində şəhid Nürəddin Sadıqov adına tam orta məktəbin binasında yanğın başlayıb.

"Xəbəraz.az " Kəpəz TV-yə istinadən xəbər verir ki, alovu söndürmək üçün əraziyə 3 yanğınsöndürmə briqadası cəlb olunub. Hələlik yanğını ram etmək mümkün olmayıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası bu istiqamətdə iş aparır.

19:51

Fövqəladə Hallar Nazirliyi Tovuzda baş verən yanğınla bağlı məlumat yayıb.

"Xəbəraz.az " xəbər verir ki, məlumatda qeyd edilir: "Tovuz rayonu, Alakol kəndində tam orta məktəbin binasında yanğın hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən məhdudlaşdırılıb. Əlavə məlumat veriləcək".


Xəbəri paylaş

7098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___