ANAMA 16 partlayış yerini yoxladı
Tarix: 28-04-2016 | Saat: 23:52
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Cəbhəboyu rayonlarda 16 partlayış yeri yoxlanılıb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA)"Xəbəraz.az " verilən məlumata görə, bu barədə aprelin 28-də Agentlik tərəfindən Tərtər, Füzuli, Ağdam və Ağcabədi rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabatda deyilir.
Tərtər rayonu
Yuxarı Qapanlı kəndi - 3 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib. Nəticə etibarilə 10 500 kv.m ərazi yoxlanılıb.
Qarağacı kəndi - 4 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 9 500 kv.m ərazi yoxlanılıb və PHS aşkar edilməyib.
Buruc kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 1 000 kv.m ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilməyib (DİN-in "102" Xidməti - Zəng mərkəzinin məlumatı).
Hacıqərvənd kəndi - 1 ev və həyətyanı sahəyə baxış keçirilib və partlamamış hərbi sursat aşkar edilməyib (DİN-in "102" Xidməti - Zəng mərkəzinin məlumatı).
Tərtər şəhəri - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 mm-lik 9M22U raketinin motor hissəsi aşkar edilərək zərərsizləşdirilib və nəticə etibarilə 2 500 kv.m ərazi yoxlanılıb.
Cəmi: 10 ev və həyətyanı sahə, 9 partlayış yeri, 23 500 kv.m ərazi yoxlanılıb, 1 ədəd 122 mm-lik 9M22U raketinin motor hissəsi aşkar edilərək zərərsizləşdirilib.
Füzuli rayonu
Alıxanlı kəndi - 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib və nəticə etibarilə 470 kv.m ərazi yoxlanılıb.
Ağdam rayonu
Çəmənli kəndi - 1 partlayış yerinə baxış keçirilib və nəticə etibarilə 1 000 kv.m ərazi yoxlanılıb (FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatı).
Səfərli qəsəbəsi - 1 partlayış yerinə baxış keçirilib və nəticə etibarilə 1 000 kv.m ərazi yoxlanılıb (FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatı).
Cəmi: 2 partlayış yeri və 2 000 kv.m ərazi yoxlanılıb.
Ağcabədi rayonu
Qaraxanlı kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib və nəticə etibarilə 3 000 kv.m ərazi yoxlanılıb (FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatı).
28 aprel 2016-cı il tarixində Agentlik tərəfindən 12 ev, 16 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 mm-lik 9M22U raketinin motor hissəsi aşkar edilərək zərərsizləşdirilib və 28 970 kv.m ərazi yoxlanılıb.
Ümumilikdə, ANAMA tərəfindən 7-28 aprel 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir və Cəlilabad rayonlarında 368 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbiristanlığı, 1 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib və 1 293 ədəd PHS, 10 ədəd piyada əleyhinə mina (PMN) və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.Axar.az-a
Xəbəri paylaş
6668 dəfə oxunub.
Digər xəbərlər

24-08-2015, 20:31
Kvanç Tatlıtuğ yeni sevgilisi ilə - FOTO
6-05-2018, 21:29
Bakıda oğul anasını küçəyə atıb - 66 yaşlı qadın çöllərdə gecələyir
1-08-2016, 11:20
Diqqət! Əsla yatarkən yanınıza stəkanda su qoymayın!
7-06-2018, 16:14
Təranə Qumralın məhkəməsi başladı - CİNAYƏT İŞİ
16-03-2021, 10:10
Həbs edilən Azərbaycanlı generalın qardaşı GÖRÜN KİM İMİŞ
20-08-2015, 14:28
Akkord-un Beynəlxalq Banka 1,3 milyard manat borcu var
4-05-2019, 16:52
"Heç birimiz, heç nədən sığortalı deyilik" - Samirə DANIŞDI
22-02-2020, 09:28
Çində koronavirusdan ölənlərin sayı 2345-ə çatdı
11-01-2017, 15:27
Aygün Kazımova 45 il əvvəl - Foto