Azərbaycanlı uşaqlar Ərdoğanı duyğulandırdı - FOTOLAR
Tarix: 21-04-2016 | Saat: 23:49
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər
Azərbaycanlı uşaqlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı duyğulandırıblar.
ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti 23 aprel Milli Suverenlik və Uşaq Bayramına görə ölkəyə gələn dünya ökələrindən olan uşaqları qəbul edib.
Qəbul prezident sarayında gerçəkləşdirilib. Tədbir sarayın həyətində çinar ağacının əkilməsi ilə başlayıb. Ölkənin birinci xanımı Əminə Ərdoğanın da iştirak etdiyi tədbirə 25 fərqli ölkədən 330-dan çox uşaq qatılıb.
Əkilən ağaclara dünyanın 7 ayrı çayından gətirilən və "can suyu" adlanan su tökülüb.
Azərbaycandan olan uşaqlar Rəhim Azad Quliyev və Fatimə Sadıqova isə bütün dünya uşaqları adından çıxış ediblər. "Bizə qucaq açan, sevgi ilə bağrına basan hər kəsə təşəkkür edirik. Türk qardaşlarımızın 23 aprel bayramını təbrik edirik", - deyən uşaqlar savaşdan, aclıqdan əziyyət çəkən həmyaşıdlarını salamlayıblar: "Bizlər böyüyəndə dünyanın sülh, hüzur içində yer alması üçün çalışacağımıza söz veririk. Birlikdə dünyanı daha gözəl günlərə gətirəcəyimiz günlər yaxındır".
F.Sadıqova Bəxtiyar Vahabzadənin "Türkiyə-Azərbaycan" şeirini səsləndirib. Şeir salondakı hər kəsi duyğulandırıb.
Ərdoğan da bütün uşaqların bayramını təbrik edib. "Şeiri ilə bizləri duyğulandıran azərbaycanlı övladlarımızın, bizə gözəl anlar yaşadan digər övladlarımızın gözlərindən öpürəm. Mənim 5 nəvəm var. Onları qucaqlayanda nə hiss edirəmsə, hər bir uşaq üçün eynisini hiss edirəm".
Xəbəri paylaş
6678 dəfə oxunub.
Digər xəbərlər

9-05-2020, 12:05
Bərbərxana və gözəllik salonlarını işlədənlərin nəzərinə! - Bunları etmək MƏCBURİDİR
13-02-2022, 11:54
"Topçu Vüsal" qəzaya DÜŞDÜ - FOTO
23-02-2016, 11:17
Gömrükçülər 40 min ədəd siqaret aşkar edib
8-11-2019, 19:26
Dünyanın ən xoşbəxt xalqı məlum oldu
24-10-2016, 18:57
Gülər Əhmədovanın 27 min dolları haqda RƏSMİ AÇIQLAMA
12-11-2018, 15:34
Ərzaq məhsullarının bahalaşıb?-AÇIQLAMA
28-01-2017, 21:48
Sarımsaq qabıqlarının bu faydasını bilirdiniz?
5-06-2018, 20:10
Mehman Hüseynov Ali Məhkəməyə gətirilmədi
13-02-2017, 14:16
Almaniya millisi Bakıya nə vaxt gələcək?
14-04-2016, 12:39
Mərkəz Bankda yeni təyinat