Şəhid zabitimizin görə bilmədiyi oğluna onun adı verildi - FOTOLAR
Tarix: 13-04-2016 | Saat: 16:36
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Aprelin 2-dən cəbhə bölgəsində başlayan döyüşlərdə şəhid olan zabitimiz Qabil Orucəliyevin yeni doğulan övladına onun adı verilib.
Bu məlumatı musavat.com-a şəhidin yaxınları veriblər.
Mart ayının sonlarında dünyaya gələn şəhid oğlu atasının adını daşıyacaq. Şəhid leytenantımız dünyaya gələn övladını görə bilmədi. Balaca Qabil şəhid oğlu kimi atasız böyüyəcək.
Şəhid Q.Orucəliyevin dostlarından biri ilə mesajlaşması və ona oğlunun dünyaya gəlməsini müjdələməsi xəbəri sosial şəbəkələrdə geniş yer almışdı. O, dostuna yazdığı mesajda oğlu doğum evindən çıxdıqdan sonra məzuniyyətə çıxaraq, onu görməyə gedəcəyini qeyd etmişdi. Lakin aprelin 2-də düşmənlə döyüşdə qəhrəmancasına şəhid oldu.
Qeyd edək ki, şəhid leytenantımız da 2004-cü ildə atasını itirib. 13 yaşından atasız böyüyən leytenant Q.Orucəliyev əslən Naxçıvan şəhərindən idi. O, dünyaya gəldiyi Naxçıvan şəhərində böyük izdihamla dəfn edilib.
Xəbəri paylaş
6618 dəfə oxunub.
Digər xəbərlər

26-04-2016, 23:13
Bakıda xanım sürücünü soymaq istədilər
7-12-2018, 11:16
Qəbirin uzunluğu, eni, dərinliyi müəyyənləşdi -Ölçülər
28-10-2016, 15:24
Ginnesin rekordlar kitabına düşən Bakı – Faciəsi
1-09-2015, 16:45
“Yaşıl gözləri ilə dünyanın ən yaraşıqlı adamı...”
19-07-2023, 16:03
Hovuzdan ümumi istifadə zamanı QİÇS-ə yoluxmaq mümkündür? - AÇIQLAMA
19-06-2021, 11:57
66 yaşlı kişi ilə 48 yaşlı qadın aylardır itkin düşüb - FOTO
28-12-2016, 21:32
Əbülfəs Qarayev: "Bu vəziyyət bizi narahat edirdi"
13-11-2015, 14:13
Yer kürəsi boyda planet kəşf edildi - VİDEO
20-04-2017, 18:11
Biləsuvarda müəmma: ev əşyaları öz-özünə yanır - VİDEO
10-03-2022, 14:01
Bakıya sulu qar yağacaq