Yel çərşənbəsini necə qarşılamalıyıq?
Tarix: 08-03-2016 | Saat: 14:21
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
İlaxır çərşənbələrindən daha biri gəlib çıxdı. Bu gün Yel çərşənbəsidir. Yel çərşənbəsinə el arasında “küləkli çərşənbə”, “yelli çərşənbə” də deyilir. Qədim etiqadlarda Yel çərşənbəsində torpağın altında yatmış dörd cür küləyin yer üzərinə çıxdığı və müxtəlif libaslarda özünü göstərdiyi qeyd edilir. Mifologiyada ağ yel - ağ, qara yel- qara, xəzri - göy, gilavar - qırmızı libasda təsvir edilir. Yel dünyanı dolaşır, gəzib oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.
Yel çərşənbəsi ilə bağlı inanclar:
Qədim deyimlərə görə, Yel baba xırmana gəlməzdən öncə oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər.
İnanca görə, Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət eləyib, Yel babanı çağırmaq lazımdır. Yel baba səsi eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, dilək yerinə yetər.
Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır.
Yel çərşənbəsində süfrə:
Yel çərşənbəsi günü tonqallar qalanır, südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər.
Bu çərşənbə ilə bağlı atalar sözləri:
*Yel əsib qoz tökülüb
*Yelnən gələn selnən gedər
*Yel apardığını qaytarmaz
*Yellə dost olan yellənə-yellənə qalar
*Yel bağlayanı el açar
*Yel aparan yelinki, yerdə qalan mənimki
*Kələknən gələn, küləknən gedər
*Yel qayadan nə aparar
Xəbəri paylaş
6438 dəfə oxunub.
Digər xəbərlər

30-06-2019, 21:16
Medal qazanan idmançılarımıza bu qədər pul veriləcək - MƏBLƏĞ
11-12-2018, 10:06
"İnstagram"da səsli mesaj funksiyası yaradılıb
14-01-2019, 10:47
Zirəddinin qəbul qiymətləri açıqlandı - Fantastik məbləğlər
28-10-2019, 18:24
Bakıda 46 yaşlı kişi ürəyindən bıçaqlandı
1-09-2023, 13:13
Şənbə günü bəzi rayonlarda intensiv yağış yağacaq, dolu düşəcək
25-06-2018, 19:25
Avqustdan əvvəl qarpız yeməyin... RƏSMİ XƏBƏRDARLIQ
28-06-2015, 18:30
Avropa Oyunlarında ikinci olduq- Yekun medal cədvəli
29-02-2016, 19:24
Zəngin rus ailələrin övladlarının gecə həyatı (FOTO)
1-11-2022, 10:24
Toyda QANLI OLAY - Tərs baxdığı üçün bıçaqlandı
17-05-2016, 12:18
Beynəlxalq Muzeylər Günü qeyd olunur