Bu gün od çərşənbəsidir
Tarix: 01-03-2016 | Saat: 11:05
Bölmə:Karusel / M2 / Təbriklər | çapa göndər
Bu gün odlar yurdu Azərbaycan od çərşənbəsini qeyd edir.
"Xəbəraz.az "-in məlumatına görə, Od çərşənbəsinə bəzən "Üzgü çərşənbə", "Üzgü axşamı" da deyirlər. İnanclara görə, odu günəşlə, işıqla, gündüzlə əlaqələndirirlər. Günəş istisini arzulayan ulu babalarımız böyük bir tonqal qalayıb günəşin çıxmasını gözləyər, odun şərəfinə nəğmələr söyləyərdilər. Adət ənənələrə görə, çərşənbə tonqalı tamamilə yanıb qurtardıqdan sonra gənclər tonqalın külünü kəndin kənarına yaxud da yol boyunca səpərək bununla da tonqaldan tullanan insanların azar-bezarının çıxıb getməsini simvolizə edirdilər.
Od çərşənbəsi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi də tanınır.
Novruz bayramı öncəsi qeyd edilən dörd çərşənbə axşamı tonqal qalansa da, Od çərşənbəsinin özünəməxsus xüsusiyyətləri var. Bu gün məhz Od çərşənbəsi olduğuna görə tonqalın qalanmasının daha da özəlliyi var.
Od, tonqal istiliyin olması mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsində qazanlar qaynamalı, insanların ocağının üstü boş qalmamalıdır.
Tədqiqatçılar Od çərşənbəsini qədim zamanların əsas dinlərindən olan və Azərbaycan ərazisində yayılan atəşpərəstlik dini ilə də bağlayırlar.
Hər evin və binanın qarşısında tonqal qalanması həmin ilin isti, bərəkətli keçməsinə nişanədir.
Od çərşənbəsi hamı müxtəlif xörəklər bişirməli və stolun üzərində bütün çərşənbələrdə olduğu kimi, şirniyyatlar olmalıdır. İnsanların inancına görə, bu, süfrənizin bollu, bərəkətli olması, ilinizin şirin və sevinc dolu keçməsinə səbəb olur.
Qeyd edək ki, bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 08:30-da qeydə alınacaq.
Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada "yaz bərabərliyi nöqtəsi” deyilir.
Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.
Xəbəri paylaş
8688 dəfə oxunub.
Digər xəbərlər

10-11-2015, 16:55
Ronaldonun bacısı kişi jurnalı üçün soyundu - fotolar
2-04-2017, 12:03
Fərdanın Türkiyədə çəkildiyi filmlə bağlı QALMAQAL: "İdeyanı məndən oğurlayıblar" - FOTO
23-06-2016, 17:26
Hərbi hissələr qapılarını valideynlərə açır
24-07-2017, 00:48
Sevginin Göz Yaşları serialı sabah başlayır+Anons
30-03-2019, 16:24
Bu gün Azərbaycanda bir neçə yerdə 1 saat işıq olmayacaq
12-08-2016, 15:44
Burakla bağlı verilən sual Neslihanı əsəbiləşdirdi - FOTOLAR
21-07-2017, 16:44
Bakıda daha iki qız itkin düşdü
6-05-2021, 21:57
Alçanı duza batırıb yeməyin - Bədəndə şişlər yaradır
11-06-2017, 11:06
Hacı Nuran: “Onları vicdanları ilə baş-başa buraxıram…”