“AST Telman”ın qardaşının obyekti söküldü
Tarix: 14-02-2016 | Saat: 21:51
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Moskvada “Sokol” metrostansiyası yaxınlığında Leninqrad şossesində yerləşən ticarət pavilyonları azərbaycanlı biznesmen Telman İsmayılovun qardaşı Fazil İsmayılova məxsus olub.
Xəbəraz.az anspress-ə istinadən verdiyi məlumata görə, buradakı ticarət obyektləri Fazil İsmayılovun Sokol rayonu şurasının rəhbəri və Moskva Şimal Dairəsinin qubernatorunun müavini postunda olarkən tikilib.
Moskva ticarət və xidmət departamentinin rəisi Aleksey Nemeryukun sözlərinə görə, bütün obyektlərin sahibləri qanunsuz tikililərin söküləcəyi haqda məlumatlı olub: “Demək olar ki, hər bir tikiliyə dair məhkəmə çəkişmələri olub. Biz bu obyektlərin şəhərdə olmasının qanuniliyini mübahisəli hesab edirdik. Bu binaların sahiblərinin kimliyi hamıya məlumdur. ”
Fazil İsmayılov Azərbaycanlı müflis olmuş milyarder Telman İsmayılovun böyük qardaşıdır (bəzi mənbələrdən bu məlumat təkzib olunur – red.). O 1951-ci ildə Moskvada doğulub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
Xatırladaq ki, fevralın 9-na keçən gecə Moskvada şəhərə rəhbərliyinin qərarına əsasən paytaxtın müxtəlif metrostansiyaları yaxınlığında 97 ticarət obyekti sökülüb. Ticarət obyektləri sökülən biznesmenlər dəyən zərərin 30 milyard rubl təşkil etdiyini açıqlayıblar.
Xəbəri paylaş
6988 dəfə oxunub.
Digər xəbərlər

18-04-2016, 14:48
AŞPA prezidenti: "Azərbaycanın bu addımı düzgün istiqamətdədir"
10-08-2016, 10:22
Abşeronda bir gecədə 3 mağaza qarət edilib
19-03-2018, 10:37
Son İki gündə 11 qəza, 5 ölü, 9 yaralı..
27-07-2016, 00:52
Leonardo DiKaprio küçədə sevişən qadınlar... (FOTO)
13-04-2022, 09:33
Karantinlə bağlı qadağalar nə vaxt ləğv ediləcək? - Operativ Qərargah rəsmisindən AÇIQLAMA
17-02-2018, 12:12
Evlilik astanasında olan cavanlara tövsiyə - ailədə sülhün əsas şərti
26-12-2017, 13:31
Sabah külək olacaq
18-05-2021, 16:56
Azərbaycanda qayınana onu zorlayan kürəkəni ilə barışdı - ŞOK TƏFƏRRÜAT
10-10-2023, 08:17
Fələstinlilərlə israillilərin bölüşə bilmədiyi məscid...