Cəlilabadda maskalılar gənc oğlanı oğurladılar - FOTO
Tarix: 06-02-2016 | Saat: 16:23
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Onun başına iynə vasitəsilə naməlum maye vurulub.
Cəlilabad rayonunda maskalı şəxslər tərəfindən qaçırılan gənc bir gündən sonra yaşadığı ərazinin yaxınlığında huşsuz vəziyyətdə tapılıb.
Xəbəraz.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Stansiya adlanan ərazisində qeydə alınıb.
Belə ki, 20 yaşlı Radil Mirzəyevə naməlum şəxslər hücum edib. Həmin şəxslər tərəfindən döyülərək huşsuz hala düşən R.Mirzəyev yaxınlıqdakı yarımtikilidə bir gün saxlanılıb. Yaşadığı evdən bir qədər aralıda tapılan R.Mirzəyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.
Xəstəxanadan bildirilib ki, Radil Mirzəyev döyülərək bədəninin müxtəlif nayihələrindən xəsarətlər alıb:
“Yaralı ağır vəziyyətdə xəstəxanaya gətirilib. İlkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. O, bədən və baş nahiyəsindən xəsarət alıb. Radil Mirzəyevin baş nahiyəsində iynə izi aşkarlanıb. Xəstə baş nahiyəsinə həmin şəxslər tərəfindən iynə vasitəsilə naməlum maye vurulduğunu bildirir. Həmin mayenin hansı maddə olduğu aparılan ekspertizadan sonra məlum olacaq”.
Zərərçəkən Radil Mirzəyev ona hücum edənlərin dörd nəfər maskalı şəxs olduğunu bildirib.
Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə (RPŞ) məlumat verilib. Həmin şəxslərin tapılaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Xəbəri paylaş
6438 dəfə oxunub.
Digər xəbərlər

22-05-2018, 10:12
Məhşur kosmetoloq barəsində cinayət işi açılıb
11-07-2015, 15:05
Obamanın maskasında oğurluq edən şəxslər tutuldu
17-10-2016, 13:28
Taleh Bağırovun tərəfdarları səs-küy saldı: hakim fasilə elan etdi
18-04-2018, 11:15
Prezident İlham Əliyev and içdi
19-12-2018, 12:28
17 yaşlı Güneli Rusiyada niyə öldürdülər? - TƏFƏRRÜAT
17-09-2016, 21:12
Yadplanetli ələ keçdi? - Onlar real imiş... - VİDEO
27-10-2021, 08:59
Bakıda 18 yaşlı qızın mədəsindən iki kiloqram “daş” çıxarıldı - FOTO
18-10-2018, 13:28
Azərbaycan teleməkanında yeni layihə - VİDEO
11-08-2023, 13:43
II qrupda 290 baldan yuxarı nəticə göstərənlər ödənişsiz təhsil alacaq