Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

““Kişilər məni tez əldə edəcəklərini düşünürdülər...” - Nazpəri Dostəliyeva
Tarix: 24-01-2016 | Saat: 18:47
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya | çapa göndər

““Kişilər məni tez əldə edəcəklərini düşünürdülər...” -  Nazpəri Dostəliyeva
Xalq artisti Nazpəri Dostəliyeva “Yoldaş Rövşanə ilə” verilişində ona edilən haqsızlıqlardan bəhs edib.

Xəbəraz.az gecce.az-a istinadən xəbər verir ki, xalq artisti durumun davam edəcəyi təqdirdə, ölkəni tərk edəcəyini bildirib:

"Efirlərə çıxmağıma kanallar tərəfindən rəsmən qadağan qoyulmayıb. Mətbuat konfransı keçirdim və bu öz təsdiqini tapdı. Amma heç nə dəyişmədi. Heç bir kanalın qapısını döyməmişəm, döymərəm də. Mənim günahım nədir? 14 yaşımdan toylarda iştirak etmişəm. 40 il sərasər toyda olmuşam. Bu gün ayda 20 toya gedirəm. Həyatımdan narazı deyiləm. Alnım açıqdır. Xalqıma qarşı sadiq olmuşam. Heç vaxt xalqıma qarşı bir yalnışım olmayıb ki, buna görə utanım və əziyyət çəkim.

Pedaqoji fəaliyyətim mənə rahatlıq gətirir. Eyni zamanda bağça müdirəsi kimi çalışacam. Uşaqları çox sevirəm. Özümə və sənətimə arxayınam. Başqa ölkələrdən də iş təklifi almışam. Ola bilsin, 2-3 ilə o təklifi qəbul edib, başqa ölkədə çalışdım. Məni sevənlərdən küsüb gedə bilmərəm. Anlaşılmazlıq varsa, mən tərəfdən deyil. Burada vəziyyət belə davam eləsə, getmək istəyirəm, çünki fəaliyyətimi dayandırmaq istəmirəm. Vətənimə artıq qonaq kimi gəlib-gedəcəm.

3 ildir, susuram. Televiziya rəhbərlərinə küsüb, vətəni tərk etmək istəyirəm. Onların ixtiyarı nədir, xalq artistinə qeyri-rəsmi qadağalar qoyub, yaradıcılığımı boğsunlar? Nə qədər yaradıcılıq işi görmüşəm, bağlayıb atmışam, evdə qalıb. Bu, haqsızlıqdır, paxıllıqdır, gözü götürməyən bədbəxtlərin işidir. Məni əhatə edən insanların sevgisini də atıb gedə bilmirəm. İki yol ayrıcında qalmışam. Arxivimin 20 faizi yayımlanıb. 80 faizini məndən sonra yayımlayarsınız. Şou-biznesdə bəzi müğənnilərin neçə cür simalarını gördüm. Düşmənim yoxdur, sadəcə məni gözü götürməyənlər çoxdur".

Xalq artisti "Niyə ikinci dəfə ailə qurmadınız?" sualına belə cavab verib:

"İki oğlum var. Onlara ikinci ata lazım deyildi. Övladlarım məndən, mən də onlardan razıyam. Xarici görünüşümə görə hər kəs məni tez əldə edəcəyini zənn edirdi. Çox etibarlı və sadiq kişi dostlarım var. Amma bir şeyi övladlarım üçün qoruyub saxlamışam. Onları əsl kişi kimi böyütmüşəm".



3588 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
23-13+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
26-07-2017
bütün xəbərlər
«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
____ Instagram ___