Bankda əmanəti olanlara şad xəbər
Tarix: 13-01-2016 | Saat: 13:17
Bölmə:Karusel / İqtisadiyyat / M2 / Aktual | çapa göndər
Azərbaycanda Əmanətlərin Sığortalanması Fondunun yeni qərarına əsasən, ölkədəki banklarda yerləşdirilmiş bütün əmanətlərin sığortalanması nəzərdə tutulur.
Xəbəraz.az xəbər verir ki, bu barədə fondun icraçı direktoru Azad Cavadov bildirib. Onun sözlərinə görə, bununla bağlı Mərkəzi Banka müraciət olunub.
"Bank sistemində belə bir təcrübə olduğundan bunu Azərbaycanda da tətbiqi məqsədəuyğun hesab olunur. Fondun təklifi Mərkəzi Bank tərəfindən müsbət qarşılanıb. Yaxın günlərdə hökumətin bununla bağlı qərar verəcəyi gözlənilir”, - deyə Azad Cavadov bildirib.
Qeyd edək ki, Sığorta Fondu fəaliyyətə başlayan gündən indiyə qədər banklara yerləşdirilən depozitlərə müəyyən olunmuş faizlər nisbətində sığorta tətbiq olunub. Fond sonuncu dəfə əhalinin banklarda qorunan əmanətlərin faiz dərəcəsini 9 faizdən 12 faizə qaldırmışdı. İllik 12 faizdən yuxarı əmanətlər isə sığortalanmır.
Azad Cavadovun sözlərini görə, yeni qəbul edilmiş qərardan sonra həmin faizdən yüksək olan əmanətlərin də qorunan əmanətlər qrupuna aid edilməsi nəzərdə tutulub. Fondun rəhbəri bildirib ki, 2015-ci ilin 3-cü rübünün yekunlarına əsasən, əhalinin banklardakı 7,3 milyard manat əmanətinin 2 milyardı qorunmayan əmanətlər idi. Qorunma sisteminin tam olması üçün bu məsələyə də dəyişiklik ediləcək. Əmanətlərin sığortalanması zamanı faiz və məbləğ məhdudiyyəti aradan qaldırılacaq. Yəni hazırda bir bankda 30 min manatadək əmanətlər sığortalanırsa, dəyişikliklərdən sonra bu rəqəmin sərbəst seçilməsi müəyyən olunacaq
Xəbəri paylaş
7768 dəfə oxunub.
Digər xəbərlər

21-10-2016, 01:04
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyində Dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
7-05-2022, 09:59
İş yoldaşını bıçaqlayıb öldürdü - Özü xəstəxanaya aparıbmış
14-02-2018, 13:22
Azərbaycan üçün önəmli günlərdən biri - 14 fevral
14-01-2017, 11:14
Moskvada iki tramvay toqquşdu-Yaralılar var
14-07-2017, 23:40
Sevan Nişanyan zindanından qaçdı
4-05-2016, 16:07
İŞİD türkiyəli hərbçini qaçırıb – İddia
18-07-2021, 12:10
Alında çıxan sızanaq nədən xəbər verir? Bəs yanaqda? - Xəstəliyini özün müəyyən et
10-06-2015, 19:01
Azərbaycanda 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olanı həbs ediləcək