"Düz yolun yolçusu" bacısına 37 bıçaq vurdu
Tarix: 13-01-2016 | Saat: 10:43
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Dünən Yevlax rayonunda baş vermiş qətlin təfərrüatı məlum olub. Xeberaz.az bildirir ki, rayon sakinlərinin Publika.az-a verdikləri məlumata görə, qətl qısqanclıq zəminində baş verib.
Sakinlərin sözlərinə görə, Ahu Hüseynova rəsmi şəkildə yoldaşından ayrılmasa da, iki ay imiş, iki uşağı ilə birgə ərindən ayrı yaşayırmış. Bacısından şübhələnən Veys Hüseynov dəfələrlə ona "düz yola qayıtması" barədə xəbərdarlıq etsə də, Ahu Hüseynova buna əhəmiyyət verməyib.
V. Hüseynov musiqi məktəbinin qarşısında Ahu Hüseynovanı 37 bıçaq zərbəsi ilə qətlə yetirib.
Baş Prokurorluğun qətlə bağlı yaydığı rəsmi məlumatda bildirilir ki, rayon sakini, 1982-ci il təvəllüdlü Hüseynov Veys Nadir oğlu üzərində gəzdirdiyi mətbəx bıçağı ilə doğma bacısı, 1976-cı il təvəllüdlü Hüseynova Ahu Nadir qızının bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bədən xəsarətləri yetirərək onu öldürüb.
Faktla bağlı Yevlax Rayon Prokurorluğu tərəfindən qəsdən adam öldürmə - 120.1-ci maddə ilə cinayət işi açılıb.
Qeyd edək ki, A.Hüseynova Yevlaxdakı 2 saylı musiqi məktəbinin müəlliməsi olub.
Xəbəri paylaş
6898 dəfə oxunub.
Digər xəbərlər

1-01-2023, 12:22
Bu gündən bu şəxslərə 600 manat müavinət veriləcək
22-10-2019, 11:44
Türkiyə "Barış Pınarı" əməliyyatına davam edə bilər
19-04-2022, 16:26
Misirdə qadın tik-tokerlərin həbsi davam edir
31-05-2016, 20:22
Şəkidə 8 tondan çox narkotik məhv edildi
7-07-2015, 17:41
Azərbaycanlı kişi modeldən erotik - FOTOSESSİYA
26-11-2016, 10:00
Maneələr aradan qalxacaq: Sərt qərarlar
20-05-2016, 13:41
Misir təyyarəsini İŞİD vurub: Rakkada bayram
21-12-2018, 15:53
Mübariz İbrahimovun şərəfinə medal təsis edildi-Foto
4-07-2015, 17:19
Milyonlarla insan izlədi - DƏHŞƏT (VİDEO)