Azərbaycanda orduya çağırış başladı
Tarix: 01-01-2016 | Saat: 14:03
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
1998-ci ildə doğulanlar əsgərliyə gedirlər.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, 2016-cı il yanvarın 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.
Xəbəraz.az xəbər verir ki, bir ay davam edəcək çağırış prosesində minlərlə gənc hərbin sirlərinə dərindən yiyələnmək, Vətənin keşiyində əzmlə dayanmaq kimi şərəfli borcunu yerinə yetirmək üçün əsgəri xidmətə yollanacaq.
Sərəncama əsasən, 1998-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1981-1997-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2016-cı il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Həmin sənədə uyğun olaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2016-cı il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Qeyd edək ki, Prezident İlham Əliyev 2015-ci il dekabrın 5-də Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Xəbəri paylaş
6428 dəfə oxunub.
Digər xəbərlər

10-03-2017, 14:19
Azərbaycanlı siyasətçi MHP-dən qovuldu
13-12-2016, 12:23
Türk aparıcının şəhidlər haqda dedikləri hər kəsi kövrəltdi - video
28-08-2016, 09:58
Yataq otağına gizli kamera quraşdıran ər şoka düşdü - VİDEO
6-02-2016, 12:43
Tikinti aparılmasına icazə qaydası dəyişib
16-09-2016, 15:43
Elzanın yeni stili: "Ağzımızdan çıxan, sinəmizə tökülsün" - FOTO
11-01-2016, 17:15
Bakıda iş adamları üçün qapalı özəl klub açılıb
17-06-2019, 11:15
İkinci dəfə xəstəxanaya gətirilən şəxs öldü
29-08-2017, 11:17
Qurdları öldürən ŞÜYÜD TOXUMU. İstifadə qaydası
29-04-2016, 11:32
Bakıda 13 yaşlı qızı şantaj edən şəxs yaxalandı - VİDEO
16-06-2016, 19:38
Liviya qan gölünə döndü: 10 ölü