Ukraynada erməni fitnəsi
Tarix: 04-04-2015 | Saat: 01:48
Bölmə:Karusel / Dünya / M2 / Reportaj | çapa göndər
Ukrayna Ali Radasına “erməni soyqırımı”nın tanınması ilə bağlı sənədin təqdim edildiyi bildirilir.
Bu barədə ANS PRESS-ə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Ukrayna nümayəndəsi Hikmət Cavadov bildirib.
Onun sözlərinə görə, sənədi deputat Vitali Barvinenko hazırlayıb.
H.Cavadov bu barədə mətbuatdan məlumat aldıqlarını və hazırda dəqiqləşmələr apardıqlarını söyləyib:
“Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə əlaqə saxladım, onlarda bu barədə rəsmi məlumat yoxdur. Ola bilsin ki, məlum sənəd parlament Aparatına təqdim olunub, araşdırmalarımız davam edir. Belə bir sənədin nəyinki qəbulu, müzakirəsi belə Ukrayna-Azərbaycan, Ukrayna-Türkiyə münasibətlərinə kölgə sala bilər. Bu günlərdə Bakıda, Milli Məclisdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının nümayəndə heyəti ilə görüşdülər. Düşünürəm ki, belə bir sənədin Ali Radanın gündəliyinə çıxarılmasına imkan verilməməlidir. Təbii ki, Ali Radanın 450 deputatı var və onların hər birinin qanun layihəsi təklifi vermək hüququ var. Ancaq bu təklifin nəinki qəbul olunması, hətta müzakirəyə belə çıxarılması sual altındadır. Hər halda biz Ali Radanın sədrinə bu barədə məktub ünvanlamışıq", - deyə H.Cavadov bildirib.
H.Cavadov bildirib ki, hələ ötən il belə bir məsələ çıxanda Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Ali Radaya məktubla müraciət etmişdi.
Xəbəri paylaş
6908 dəfə oxunub.
Digər xəbərlər

27-02-2017, 15:41
Gələn ayın yarısı qeyri-iş günü olacaq - 14 gün
22-06-2021, 11:24
Azərbaycanda vəzifəli şəxs Suriyaya qaçdı, orda əri öldürülən qadınla... - TƏFƏRRÜAT
5-04-2016, 11:38
Şəhid zabitimiz Novruzov Mirzə Sərvər oğlu – Foto
9-05-2017, 22:44
Fabreqasdan tarixi göstərici
18-07-2016, 17:58
Büdcənin xərcləri kəsirlə icra olundu
8-02-2016, 13:12
Sinifdə tələbəsilə cinsi əlaqədə olan müəllim işdən qovuldu (VİDEO)
18-02-2018, 12:23
İranda təyyarə qəzaya uğrayıb - Göyərtəsində 66 nəfər olub
20-06-2015, 16:26
Hindistanda -İçkidən ölənlərin sayı 53-ə çatdı