Qarabağ müharibəsində itkin düşmüş şəxslərin adı olan yenilənmiş siyahı məlum olub
Tarix: 15-12-2015 | Saat: 14:07
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) itkin düşmüş səxslərin yenilənmiş siyahısını təqdim edib.
BQXK-nin Azərbaycan nümayəndəliyindən Xeberaz.az-ə verilən məlumatda qeyd olunur ki, atəşkəs haqda razılaşmadan 20 ildən çox keçməyinə baxmayaraq, ailələr hələ də Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş əzizlərinin taleyindən bixəbərdir. Bunu aydınlaşdırmaq yönündə səylərinin bir hissəsi kimi, BQXK münaqişə tərəflərinə Bakı və İrəvan nümayəndəliklərinin və Dağlıq Qarabağdakı missiyasında qeydiyyatdan keçirilmiş 4496 nəfər itkin şəxsin adı olan yenilənmiş siyahı təqdim edib.
Siyahı sonuncu dəfə 2004-cü ildə təqdim olunub və o vaxtdan bəri BQXK, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyaları və itkinlərin ailələri ilə sıx işləyərək silahlı münaqişə dövründə itkin düşmüşləri qeydiyyatdan keçirib və bu şəxslərin işlərilə ardıcıl məşğul olub.
Beynəlxalq humanitar hüquqa əsasən, münaqişə tərəfləri itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün əlindən gələni etməlidir. BQXK inanır ki, yenilənmiş siyahı hakimiyyət nümayəndələrinə məlumatı ümumiləşdirməkdə və bu yöndə səylərini artırmaqda kömək edəcək. BQXK, neytral, qərəzsiz və müstəqil humanitar təşkilat olaraq tərəflərə öz təcrübəsi ilə və onların arasında neytral vasitəçi kimi dəstək verməkdə davam edəcək.
Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı,BQXK 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir və münaqişə nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması təşkilatın ümdə məqsədlərindəndir
Xəbəri paylaş
5708 dəfə oxunub.
Digər xəbərlər

31-08-2015, 14:15
Azərbaycanda sərinləşdirici içkilər bahalaşır – SİYAHI
30-05-2023, 11:03
Aysun: Başıma gələnlər məni qınayanların başına gəlsin
26-12-2016, 14:17
Millət vəkilinin qardaşı oğlu: Əmim içkili olub
17-01-2016, 14:45
NASA-dan Yerin “qohumu” ilə bağlı – İnanılmaz faktlar
17-07-2018, 20:55
Qəbələdə yol tikintisinə 6,8 milyon manat ayrıldı - SƏRƏNCAM
21-07-2022, 12:59
"Mən də hovuza girirəm, sən mənim qohumlarıma "peysər" deyirsən?" - Pərvin Abıyeva
10-12-2015, 13:54
Bakıda cinayətkar dəstə tutuldu
4-09-2022, 12:44
Mahir doktor Göyçay "GEM"-də qanunlara meydan oxuyur
25-06-2020, 11:18
Prokurorların səlahiyyəti artırıldı
16-04-2019, 20:01
Qələndər Canbaxışov səhv əməliyat etdi,şikəst qaldım- Əməkdar həkimə qarşı ŞOK İTTİHAM