Azərbaycanda dərmanların 98 faizinin qiymətləri endirildi - Cədvəl
Tarix: 06-10-2015 | Saat: 00:30
Bölmə:Karusel / Səhiyyə / Fotogalereya | çapa göndər
Tarif (qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında daha 1126 dərman vasitəsinin qiyməti təsdiqlənib.
Şura Katibliyindən “Qafqazinfo”ya verilən məlumata görə, bunlardan Şuranın əvvəlki qərarları ilə qiymətləri təsdiq edilmiş təsiredici maddə qrupuna aid olan 47 dərman vasitəsinin qiyməti 2015-ci il 6 oktyabr tarixindən, yeni təsiredici maddələr üzrə 1079 dərman vasitəsinin qiyməti isə 2015-ci il 1 dekabr tarixindən qüvvəyə minəcək.
İndiyədək 2183 dərman vasitəsinin qiymətləri tənzimlənib ki, bununla da satışda olan dərman vasitələrinin mövcud qiymətləri ilə müqayisədə 53% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 28% dərman vasitəsinin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə isə satışda olan dərman vasitələrinin 98%-i üzrə qiymətlər endirilib.
Şuranın müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddələr üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər. Bununla yanaşı, daha 135 təsiredici maddəyə aid dərman vasitələri üzrə sənədlərin (bəyannamələrin) qəbulu elan edilib və oktyabrın 20-si sənədlərin qəbulu üçün son tarix olaraq müəyyən edilib.
Qərarlar və dərman vasitələrinin siyahıları Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Şuranın Qərarları" və “Dərman vasitələri” bölmələrində yerləşdirilib.
Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq davam etdirilir.
Dərman vasitələrinin mövcud və Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərinin müqayisəli cədvəli ilə aşağıdakı linkdən tanış ola bilərsiz:
http://www.tariffcouncil.gov.az/documents/DVM-1126.pdf
Xəbəri paylaş
7378 dəfə oxunub.
Digər xəbərlər

13-05-2016, 16:48
ATƏT-in xüsusi nümayəndəsi Bakıya gəlir
13-09-2018, 16:54
İdolı Aygün Kazımova - Video
3-03-2018, 20:14
Türk ordusu dayanmır: Badənli də ələ keçirildi
20-05-2017, 17:51
Trampı və xanımını Ər-Riyada gətirən təyyarədə nə baş verib? - FOTOLAR
5-05-2017, 15:36
Tottiyə vəzifə verildi
18-08-2016, 11:20
Türkiyədəki dəhşətli terror ANBAAN KAMERADA: Toy yasa çevrildi - VİDEO
30-01-2018, 09:57
Tramp: Onun varlığına son qoyacağıq
15-06-2021, 09:49
İdman zalları açılsa da, məşqə gedənlər azalıb - SƏBƏB
13-02-2017, 14:47
Ramos həmişə Sevilla"lı olub