Cəbhədə 20 erməni öldürülüb
Tarix: 01-10-2015 | Saat: 12:44
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Düşmən atəşkəs rejimini 828 dəfə pozub.
Bu ilin sentyabr ayında erməni silahlı bölmələri cəbhə xəttində atəşkəs rejimini 828 dəfə pozub.
Xəbəraz.az xəbər verir ki, APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 mm çaplı minaatanlardan, iriçaplı pulemyotlardan istifadə etməklə aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstərib. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, hərəkət cəhdlərinin qarşısı alınıb.
Sentyabr ayı ərzində atəşkəsin pozulmasına görə ilk yerdə cəbhənin Ağdam istiqaməti gəlir. Bu istiqamətində atəşkəsin 229 dəfə pozulması faktı qeydə alınıb. Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə (171 dəfə) Füzuli rayonu gəlir.
Qarabağ cəbhəsi üzrə sentyabrda Tərtər rayonu istiqamətində atəşkəs 83, Xocavənd rayonu istiqamətində 58, Cəbrayıl rayonu istiqamətində isə 51 dəfə pozulub.
Cəbhə xəttində gərginlik yaradan Ermənistan ordusu atəşkəsi Goranboy rayonu istiqamətində 104, Tovuz istiqamətində 24, Gədəbəy rayonu istiqamətində 27, Qazax rayonu istiqamətində 59, Göygöl rayonu istiqamətində 15, Ağstafa rayonu istiqamətində isə 7 dəfə pozub.
Ötən ay erməni silahlı bölmələrinin diversiya qrupunun 2 üzvü, habelə, 18 hərbi qulluqçusu öldürülüb.
Sentyabrda Azərbaycan Silahlı Qüvvələri də itki verib. Hərbi qulluqçular Məmmədov Elşən Vaqif oğlu, Vəliyev Rauf Fəxrəddin oğlu, Əhmədzadə Neman İspəndiyar oğlu və Mustafazadə Zöhrab Namiq oğlu şəhid olub.
Daha 3 hərbi qulluqçumuz isə yüngül qəlpə yaraları alıb.
Ötən ay Ermənistan Silahlı Qüvvələrinin növbəti pilotsuz uçan aparatı da zərərsizləşdirilib. Cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus, ilkin ehtimala görə "Krunk-25" tipli taktiki pilotsuz uçan aparatı (PUA) Azərbaycan Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq atəş nəticəsində məhv edilib.
Qeyd edək ki, avqust ayında erməni silahlı bölmələri atəşkəs rejimini 836 dəfə pozmuşdu.
Xəbəri paylaş
8318 dəfə oxunub.
Digər xəbərlər

15-03-2015, 18:11
Milli Şura Bakıda mitinq keçirib
14-05-2021, 23:58
Suriyadan İsrailə raketlər atıldı
10-05-2016, 13:22
FİFA prezidenti “Qarabağ”ı təbrik etdi
1-05-2015, 14:10
Çinlilər günə 3-mərtəbə - 19 günə isə 57 mərtəbə göydələn tikdilər
29-08-2018, 15:07
"9 yaşım olanda atam gözümün qarşısında əxlaqsızlıq etdi" - "Apple"ın qurucusunun qızından təəccübləndirən etiraflar - FOTO
21-06-2016, 11:22
Yanukoviçin müşaviri Tramp üçün işləyəcək
14-03-2017, 22:10
Bakıda dəhşətli hadisə: özünü 12-ci mərtəbədən atdı
15-07-2022, 00:53
Gəncədə qonşular arasında kütləvi dava - iki nəfər döyüldü
19-06-2018, 21:50
Əhəd Abıyev şortikli qızı müdafiə etdi, qeyrət və namusdan DANIŞDI
7-02-2021, 09:05
Axşam saatlarında yeni xəbərlər alacaqsınız - BÜRCLƏR