“Deyirdim ki, ölsəm də uşaq dünyaya gətirəcəm“
Tarix: 28-09-2015 | Saat: 14:12
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya | çapa göndər
"AZƏRBAYCANDA BÖYRƏK KÖÇÜRÜLƏNDƏN SONRA ÖVLADI OLAN İLK QADINAM"
Aparıcı Vüsalə Əlizadə “Zərif qəhrəman” verilişinin qonağı olub.
Aparıcı keçirdiyi ağır günlərdən, övladından bəhs edib:
“17 yaşımda sağlamlığımla bağlı böyük problem yaşamışdım. Böyrəyimdə problem var idi. Orqan köçürmə olandan sonra hamı deyirdi ki, “O ailə qura, uşağı ola biləcək?”. Hərə haqqımda bir söz deyirdi: “Kapron böyrək qoyublar, dişlərini çəkiblər”. Həmin vaxtlar tək istəyim xəstəlikdən xilas olmaq idi. Dializ qədər çətin bir prosedur yox idi. Çox baha idi. Hər dəfə həkimə gedəndə evdən nəyisə satırdılar ki, mən yaşayım. Anam mənə böyrəyini verəndən sonra ürəyində problem yarandı. Tok verib oyatdılar. Əməliyyat İranda olmuşdu. Ürəyində problem olmasını həkimlərdən gizlətmişdi. Ona bir şey olsaydı... O problemlə mənim uşaq dünyaya gətirməyimi gözləmirdilər. Dedim ki, “Əgər uşağımın olmaması başıma qaxıncdırsa, bunu edəcəm. Niyə ailəm dağılsın ki... Onlardan gizlətsəm də uşaq dünyaya gətirəcəm”.
V.Əlizadə övladını dünyaya gətirəndə ölümü gözə aldığını vurğulayıb:
“Deyirdim ki, ölsəm də uşaq dünyaya gətirəcəm. Ailə quran insan övlad dünyaya gətirməlidir. Ən böyük arzum idi, uşağım olsun. Bizim bəlli mentalitet var. Ailə qurandan bir həftə sonra suallar başlayır: “Gəlinin uşağı var?”. Dəhşətli andır. Ana olduqdan sonra daha güclü olmuşam, qanadlanmışam. Hamiləlik vaxtında həkimlərimlə sıx ünsiyyətdə idim. Dərmanlar qəbul edirdim, ona süd verə bilməyəcəyimi deyirdilər. Köçürülən böyrək qarın nahiyəsində yerləşdirilir. Ona görə də uşaq böyüdükcə narahatçılıqlar yaradırdı. Hər dəfə müayinəyə gedəndə bütün xəstəxana işçiləri başıma yığışırdı. Bu dönəmi çox tək, qayğısız keçirdim. Hamiləlik vaxtı qadın kövrək olur. Amma mən bunları qəlbimdə yaşadım. Qızımı 8 ayında dünyaya gətirdim. 75 kiloqram olmuşdum. Ürəyim zəif idi. Narkozla uşağı dünyaya gətirməyim də təhlükəliydi. Azad doğuşa isə icazə verilmirdi. Çox ağrım varıydı. Təzyiqim ani düşüb və qalxıb. Həmin an ölə bilərdim. Azərbaycanda böyrək köçürməsi olan və uşaq dünyaya gətirən ilk qadın idim. Adını öz istəyimlə Dilək qoydum. O, mənim diləyim idi. Ondan sonra mənimlə eyni xəstəlikdən əziyyət şəkən neçə qadının övladının olmasına kömək etdim".(axşam.az)
Xəbəri paylaş
6998 dəfə oxunub.
Digər xəbərlər

16-07-2017, 17:52
Tanınmış aktyor vəfat etdi
24-06-2015, 15:57
Maşında sevişmək, cins geyinmək... Ən qəribə qadağalar
14-07-2021, 12:15
Ermənilərin Şuşa ətrafında YENİ PLANI - Düşmən qarabaqara izlənilir
2-10-2015, 00:29
Rusiya İŞİD-ə qarşı yaradılmış və ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyaya hazırki şərtlərlə qoşulmayacaq
2-07-2015, 12:51
RİHANNA YENƏ KAMERA QARŞISINA LÜT ÇIXDI (FOTO)
24-10-2022, 09:54
Mərhum əmisinin arvadının telefonunda "Allah rəhmət eləsin aşqım" mesajını görən yeniyetmədən DƏHŞƏTLİ ƏMƏL
25-04-2022, 10:19
Seda Sayan 7-ci dəfə evləndi - FOTO
5-01-2019, 17:32
Qaz pulu 20 qəpikdən hesablanır? – RƏSMİ
9-04-2015, 21:53
Taksi sürücüsü maşınında 300-ədəd qızıl tapdı
16-02-2023, 10:30
Dağıntılar altında qalan 13 yaşlı qız: “Çıxmağıma mane olursa, ayağımı kəsin!” - FOTO