“Siz kimsiz, ay kaftarlar...”- Gülnarəni müdafiə etdi
Tarix: 13-08-2015 | Saat: 13:21
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya | çapa göndər
Teleaparıcı Aytən Səfərova “ANS”in keçmiş aparıcısı Gülnarə Məmmədovanın ikinci dəfə ailə qurmasının birmənalı qarşılanmamasına münasibət bildirib.
Xeberaz.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, teleaparıcı bu haqda sosial şəbəkədə yazıb və həmkarını təhqir edənləri sərt tənqid edib:
“Bir xanım teleaparıcı həmkarım ikinci dəfə ailə qurmağa hazırlaşır. Allah xoşbəxt etsin, oğullu-qızlı olsun, layiqdir. Bu xanımın xınayaxdı mərasimi olub və o mərasimdən şəkillər paylaşıb. Bir sıra agentliklərdə bu haqda yayımlanan xəbərlərin altında yazılan şərhlər məni məyus etdi. Cəmiyyətdə nə qədər murdar, çirkin, xain, xislətli məxluqatlar var imiş. Birinci dəfə evliliyi alınmayan qadının sevincinə şərik olmaq əvəzinə ağızlarına gələni yazırlar. “Utanmır xınayaxdı edir”, “Kül başına, niyə başına qırmızı yaylıq atıb, məgər qızdır?”, “Əvvəllər qadınlar ikinci dəfə ərə getməyə utanardı”, “Şorla yağın fərqi qalmayıb” və s. kimi şərhlər yazılıb. Ən acınacaqlısı odur ki, bunları qadınlar yazır. Kimin neçənci dəfə ərə getməsindən sizə nə?
Siz kimsiz, ay kaftarlar, oturub insanı çamura batırırsız? Bir özünüzə baxın. Bəlkə də ərləriniz artıq iyrənir, üzünüzə baxmır. Bu qədər murdarlıq olar? Paxıllıqdan bağrınız çatlayır. Sizə görə qara çuxa geyib evin küncündə oturmalıdır?
Dindirəndə hamı dindən, Allahdan, hədislərdən danışıb, gözlərinin qorasını axıdır. Xanım Xədicədən artıqsız? Namusu pərdə ilə ölçən, gerizəkalılar. Hamınız bala böyüdürsünüz. Heç kimi mühakimə etməyin ki, sabah qızınız və ya oğlunuz bədbəxt olmasın. Bir az insanlığınız olsun. Başqasının xoşbəxtliyinə xainlik etməyin. Heç kəs ikinci şansdan məhrum olmamalıdır”.
Xəbəri paylaş
7578 dəfə oxunub.
Digər xəbərlər

26-07-2017, 22:17
Azərbaycanda ad biabırçılığı: Oğlumun adı Xiyar, qızımın adını Xiyarə olsun! - VİDEO
10-09-2016, 23:46
Leyla Əliyeva klinikada - Fotolar
20-07-2015, 10:07
Cəbhədə gərginlik səngimir - erməni təxribatı davam edir
7-07-2015, 13:37
Bakıda faciəvi olay: 21 yaşlı oğlan anasını öldürdü
9-06-2016, 14:57
Türkiyə hücuma hazırlaşır - Bild
17-04-2017, 13:31
Ermənilər Qarabağda yallı gedib, bayram keçirdilər – VİDEO
24-10-2015, 18:44
Bakcell abunəçiləri üçün faydalı tövsiyələr
17-05-2016, 15:11
Azərbaycan çiyələyi Rusiyaya buraxılmadı
22-07-2021, 12:45
SON DƏQİQƏ!Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI
23-11-2015, 21:52
Prokurorluq iki dəhşətli intiharla bağlı məlumat yaydı