Premyer Liqanı hansı kanal yayımlayacaq? - Tender
Tarix: 03-08-2015 | Saat: 21:34
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqasının Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə bağlı 20 iyul 20015-ci il tarixində elan etdiyi tenderə sənədlərin son təqdim olunma müddəti bu gün başa çatıb.
Xeberaz.az AFFA-ya istinadən verdiyi məlumata görə, tenderdə iştirak etmək üçün yalnız bir TV kanalı müraciət edib. Tenderin yekun qərarı barədə yaxın günlərdə rəsmi məlumat veriləcək.
Tenderin şərtləri aşağıda qeyd olunub:
- Premyer Liqanın hər tur minimum 2 oyun canlı yayımlansın;
- Oyunları yayımlayacaq televiziya kanalında mövsümü əhatə edən həftəlik futbol verilişi hazırlansın;
- AFFA-nın təşkil etdiyi liqaların hər həftə minimum 1 oyunu canlı və ya videoyazı şəklində yayımlansın.
Tenderin məbləği 1 milyon manatdır. Bu vəsait Premyer Liqa klubları arasında bərabər şəkildə bölünəcək.
Tenderin qalibi oyunların görüntülərini yaymaq, satmaq, hər hansı digər yayımçıya vermək səlahiyyətinə malik olacaq.
Tenderin qalibi üçün stadionda reklam bannerləri üçün yer ayrılacaq.
Oyunların vaxtı 10 gün əvvəlcədən PFL və televiziya kanalı tərəfindən birgə müəyyənləşdiriləcək.
Xəbəri paylaş
6718 dəfə oxunub.
Digər xəbərlər

11-04-2017, 13:10
Sevgilisinə xəyanət etdi - Qapı arxasında gözlətdi
15-06-2015, 22:06
Azərbaycan Avropa Oyunlarında 16-cı medalını qazandı
6-11-2016, 11:18
Nabranda istirahət mərkəzində yanğın
13-01-2016, 14:50
Zakir Həsənov hərbi hissələri yoxlatdırır
14-09-2023, 20:05
Parklanma yerlərinə quraşdırılmış bu nişanın mənası nədir?
29-10-2022, 09:53
"Kişinin botoks vurdurmasını qəbul edə bilmərəm"
27-09-2017, 13:06
Cavid Qurbanov “Bakı-Tbilisi-Qars”ın Tiflisdəki müzakirəsinə getdi
10-05-2016, 05:06
XEBERAZ.AZ dan şahmatsevərlərə gözəl xəbər
4-05-2015, 12:47
Türkiyədə yaşayan Azəri qızı Günel ana olmaq istəyini dilə gətirib.